29 Aprel 2017, Şənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının qərarı ilə kreditlərin faiz dərəcələri aşağı salınıb.
Bank tərəfindən kənd təsərrüfatı üzrə heyvandarlığa, arıçılığa 15 faizlə, taxılçılığa, kartofçuluğa, bostan-tərəvəz və qarğıdalı kimi əkinçilik sahələrinə 13 faizlə kreditlər verilir. Muxtar respublika sakinləri istehlak kreditlərini 17-18 faizə, kart kreditlərini 18-20 faizə, bankın öz vəsaiti hesabına verilən ipoteka kreditlərini isə 10-11 faizə götürə bilərlər. Onu da qeyd etmək lazımdır ki, ipoteka krediti üzrə faiz dərəcəsinin aşağı salınması Naxçıvanbank tərəfindən əvvəlki illərdə verilmiş kreditlərə də şamil olunur.
Cari ildə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2 milyon 350 min manat kredit verib. Bu vəsaitin 371 min 600 manatı kənd təsərrüfatı sahəsini əhatə edir. Belə ki, kreditin 120 min manatı heyvandarlıq sahəsinin, 230 min manatı isə əkinçilik sahəsinin payına düşür.
Bank tərəfindən ipoteka kreditlərinin verilməsi bu il də davam etdirilir. Bu il 9-u güzəştli olmaqla, ümumilikdə, 17 ailə ipoteka krediti ilə mənzil sahibi olub.
Qeyd edək ki, muxtar respublika üzrə banklar tərəfindən 2017-ci ilin yanvar-mart aylarında verilmiş kreditlərin həcmi 5 milyon 21 min manat olub. Bunun 1 milyon 252 min manatı qısamüddətli, 3 milyon 769 min manatı isə uzunmüddətli kreditlərin payına düşür. Cari ildə banklar tərəfindən kənd təsərrüfatına, əsasən, əkinçilik, bostan-tərəvəz məhsullarının istehsalı üçün kreditlər verilərkən aşağı faiz dərəcələrinin tətbiq edilməsi nəzərdə tutulub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2031077
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14377
19173
106262
451055
2031077

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter