26 May 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Gömrük xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Naxçıvan Biznes Mərkəzində xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüş olub. Görüşdə gömrük ­orqanları tərəfindən xarici ticarətin asanlaşdırılması və daxili bazarın qorunması istiqamətində görülən işlər, gömrük ödənişləri zamanı sahibkarlara tətbiq olunan güzəştlər, göstərilən elektron gömrük xidmətləri haqqında məlumat verilib. Əlaqəli dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin də dəyərləndirildiyi tədbirdə iş adamlarının problemləri dinlənilərək həlli yolları müzakirə olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov tədbiri giriş sözü ilə açaraq görüşün mahiyyətindən, müzakirə olunacaq məsələlərin ümumi işə verə biləcək səmərəsindən danışıb. Gömrük sistemində qanunvericiliyin təkmilləşdirilməsinin, “bir pəncərə” prinsipinin tətbiqinin, xidmətlərin elektron qaydada həyata keçirilməsinin rəsmiləşdirməni asanlaşdırmaqla yanaşı, həm də sürətləndirdiyini önə çəkən komitə sədri xarici iqtisadi fəaliyyət iştirakçılarına dövlətimizin iqtisadi maraqlarını, muxtar respublikanın coğrafi, iqtisadi xüsusiyyətlərini daha əhatəli təhlil etməyi, qanunvericiliyin tələblərini dərindən öyrənməyi, gömrük əməkdaşları ilə məsləhətləşmələr aparmağı tövsiyə edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək son illər muxtar respublikada sahibkar­lıq subyektlərinin fəaliyyətinə hərtərəfli diqqət və qayğının göstərildiyini vurğulayıb. Qeyd olunub ki, yaradılmış şərait hesabına daxili bazarda yerli istehsalın çəkisi ildən-ilə artır, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi mexanizmi muxtar respublika iqtisadiyyatının dinamik inkişafına müsbət təsir göstərir.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov yerli istehsalın, o cümlədən xarici ölkələrdən idxal olunan ərzaq və qida məhsullarının, mal-material və avadanlıqların keyfiyyət göstərici­lərinə ciddi nəzarət olunduğunu vurğulayaraq, muxtar respublikamızda rəqabətədavamlı məhsul istehsalına xüsusi önəm verildiyini qeyd edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli gömrük orqanları tərəfindən sahibkarlıq sahələrinin inkişafının stimullaşdırılması, daxili bazarın qorunması, süni qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərdən danışıb.
Komitənin Maliyyə-tarif şöbəsinin rəisi, gömrük xidməti mayoru Rafael Əliyev gömrük rüsumlarının hesablanması qaydası və sahibkarlara tətbiq olunan güzəştlər, Statistika və informasiya texnologiyaları şöbəsinin rəisi, gömrük xidməti mayoru Emin Eylazov elektron gömrük xidmətləri barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə əlaqəli dövlət qurumları tərəfindən görülən işlərin həcminin daha da artırılması, sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi ilə bağlı təkliflərlə çıxış edib və bu cür görüşlərin əhəmiyyətini qeyd edib.
Sonra xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin iştirakı ilə diskussiya olub.
Xarici iqtisadi fəaliyyət iştirakçıları olan sahibkarlara gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlər və gömrük-biznes əməkdaşlığının artırılması istiqamətində əsas tövsiyələri özündə əks etdirən məlumat vərəqələri paylanılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət
Gömrük Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2472462
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11313
16737
74027
412025
2472462

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter