18 Avqust 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

 Muxtar respublikanın iri yaşayış məntəqələrindən biri olan Babək rayonunda aparılan quruculuq işlərinin xəritəsi ilbəil genişlənir. Rayonun qəsəbə və kəndlərində müasir infrastruktur yaradılır, rahat yollar salınır, körpülər istifadəyə verilir. Ötən il bu tədbirlər davam etdirilərək rayonun Yarımca, Məzrə, Xəlilli, Hacıvar kimi kəndlərində kompleks quruculuq işləri görülüb, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu və Nehrəmdə yeni kənd məscidi istifadəyə verilib.

Bu işlər cari ildə də davam etdirilir. Belə ki, rayonun Payız kəndində mart ayından etibarən quruculuq işlərinə başlanılıb. Burada 252 şagird yerlik tam orta məktəb binası yenidən qurulur. Məlumat üçün deyək ki, yenidənqurma tədbirləri çərçivəsində binaya 1 mərtəbə də əlavə olunacaq. Təhsil ocağında 13 sinif otağı, 3 elektron lövhəli və kompüter sinifləri kollektivin ixtiyarına veriləcək. Bundan başqa, Payızda kənd və xidmət mərkəzləri də inşa olunur. Kənddaxili yolların abadlaşdırılması, kənddəki körpünün təmiri, həmçinin yaşayış məntəqəsindən keçən Cəhriçayda sahilbərkitmə işləri aparılması da kompleks quruculuq tədbirlərinə daxildir.

Daha bir quruculuq ünvanı isə rayonun ucqar dağ və sərhəd kəndi olan Gərməçataqdır. 2001-ci ildə istifadəyə verilən kənd məktəbinin binası hazırda yenidən qurulur. Binaya 2 fənn kabinəsi də artırılaraq sinif otaqlarının sayı 16-ya çatdırılacaq. Kənd və xidmət mərkəzlərinin inşa olunması sərhəd kəndinin sakinlərinə daha bir qayğının ifadəsidir. Bu yurd yerində yaradılan müasir infrastruktur məskunlaşmanın artmasına öz töhfəsini verəcək.
Rayonun ən böyük yaşayış məntəqəsi olan Nehrəm kəndində də quruculuq ab-havası hökm sürür. Son illər bu böyük kənddə 3 tam orta məktəb, kənd və xidmət mərkəzləri, müasir yol, uşaq musiqi məktəbi və böyük ədib Cəlil Məmmədquluzadənin Xatirə muzeyi istifadəyə verilib. Görülən işlərin davamı kimi kənddə yeni istirahət parkı salınır. Hazırda parkın salınacağı ərazidə təmizlik işləri görülür. Parkda kənd sakinlərinin istirahəti üçün hər cür şərait yaradılacaq. Məlumat üçün deyək ki, kənddə tarixin yadigarı olan “İmamzadə” türbəsində də yenidənqurma işləri aparılacaq, XVIII əsrə aid memarlıq abidəsinə ikinci həyat veriləcək.
Son illər muxtar respublikada müasir meliorasiya və su təsərrüfatı sistemləri yaradılıb. Bu işlər Babək rayonunda da geniş vüsət alıb, hektarlarla sahələr əkin dövriyyəsinə qatılıb. Hazırda isə rayonun Şıxmahmud və Xəlilli kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır. Xatırladaq ki, ötən ildən Xəlilli kəndinə gələn və uzunluğu 1700 metr olan kanal əsaslı təmir olunub. Bu kanal Uzunoba Su Anbarından qidalanır. Kanal Şıxmahmud və Xəlilli kəndlərinin ərazilərini suvarma suyu ilə təmin edəcək. Artıq burada işlər yekunlaşmaq üzrədir. Ümumiyyətlə, rayonda əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi və suvarma mövsümünün mütəşəkkil şəkildə başa çatdırılması üçün su anbarlarının təmir-bərpası, sututarlara suyun yığılması diqqət mərkəzində saxlanılıb.

Muxtar RZAZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3809834
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14509
14451
73946
264051
3809834

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter