27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti ictimai həyatın bütün sahələrində olduğu kimi, rabitə və telekommunikasiya sahəsində də öz nəticəsini verir. Xüsusən cəmiyyətin müasirləşməsi və mədəni səviyyəsinin yüksəlməsi ilə ən yeni texnologiyaların tətbiq olunduğu mobil rabitə sahəsində yaradılan yeni xidmətlər muxtar respublikada əhali tərəfindən razılıqla qarşılanır.

Ötən ilin oktyabr ayından fəaliyyətə başlayan Naxtel 4G mobil rabitə operatoru ölkəmizdə mobil rabitə xidmətləri sahəsində çoxsaylı yeniliklər gətirməklə qısa müddətdə bu sahədə xeyli irəliləyişə nail olub.
Yüksək texnologiyalardan istifadə müasir dövrdə həyat səviyyəsinə təsir edən mühüm faktorlardandır. Naxtelin təklif etdiyi sərfəli danışıq, SMS və çoxsürətli internet xidmətləri bu baxımdan Naxçıvan Muxtar Respublikasının, demək olar ki, bütün ərazisində yaşayan insanların iqtisadi-mədəni həyatına mühüm keyfiyyət dəyişiklikləri gətirib, uzaqları bir-birinə yaxınlaşdırıb. Fəaliyyətə başladığı ötən dövr ərzində Naxtel xeyli irəliləyişlərə nail olub.

Bu barədə “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin Marketinq, rominq və mühasibatlıq şöbəsinin müdiri Elgün İbrahimov bizimlə söhbətində bildirdi ki, artıq abunəçilərinin sayı 15 min nəfərə çatan Naxtel 4G Novruz bayramından başlayaraq satılan nömrələrin qiymətində yarı-yarıya endirimlər tətbiq edib. Bundan əlavə, Naxtel 4G MiFi və ya Naxtel 4G datakart alan hər kəsə ilk olaraq 20 GB internet paketi balansına hədiyyə olunur. Cihazla birlikdə yeni data nömrələri alan hər bir abunəçi bu kampaniyadan faydalana bilər. Adi Naxtel nömrələri alanlar üçün də kampaniyalar vardır. Belə ki, dəyəri 100 manatadək olan yeni Naxtel nömrəsi alan hər bir abunəçinin balansına aldığı nömrənin dəyərinin yarısı qədər vəsait hədiyyə edilir ki, bu da müştərilərin marağına səbəb olur.
Yaradıldığı gündən “Gələcəyə doğru” şüarı ilə işə başlayan Naxtel müştəri məmnuniyyətini ön planda saxlayır. Gülərüz satış personalı ilə dəqiq xidmət strategiyasını mənimsəmiş Naxtelin qazandığı uğurlar da məhz bununla bağlıdır. Belə ki, fəaliyyətə başladığı qısa bir müddətdə geniş müştəri auditoriyası qazanan Naxtel ölkəmizin digər regionlarında da sərbəst şəkildə xidmət göstərir. Hazırda Naxtelin abunəçiləri arasında paytaxt Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın ucqar və dağ kəndlərinin sakinləri də üstünlük təşkil edir. Bunun səbəbi isə Naxtel 4G şəbəkəsinin geniş yayılma gücü və həmin ucqar ərazilərdə buna qədər yüksəksürətli mobil rabitə xidmətlərinin olmamasıdır. Kənd həyatına şəhər standartları gətirən Naxtel 4G kimi belə müasir xidmətlər, şübhəsiz, muxtar respublikamızdakı sürətli sosial-iqtisadi inkişafın yeni mərhələyə qədəm qoyması ilə daha da populyarlıq qazanıb.
Qeyd edək ki, Naxtel abunəçiləri www.naxtel.az saytına daxil olmaqla buradakı tariflər, mövcud kampaniyalar, onlayn ödəmələr, rominq, SMS, GPS monitorinq xidmətləri haqqında bütün məlumatları onlayn qaydada əldə edə bilər, saytdakı canlı dəstək bölümündən Naxtel 4G operatoru ilə birbaşa əlaqə saxlayaraq onları maraqlandıran suallara cavab ala bilərlər. Digər şəbəkələrin internet servisindən 10 dəfə sürətli olan Naxtel 4G şəbəkəsindən istifadə edən abunəçilər bütün elektron xidmətləri tam komfortla əldə etməklə öz vaxtlarına da 10 dəfədən artıq qənaət edə bilərlər.

Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3031242
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11307
15326
26633
466709
3031242

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter