29 İyun 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada dəmir yolunda daşımaların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Yaradılan şərait və həyata keçirilən ardıcıl tədbirlər sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir. Dəmir yolunda istismarda olan maşın-mexanizmlərin saz vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq yoxlamalar aparılaraq çatışmazlıqlar aradan qaldırılır. Bu ilin ötən dövründə Culfa Lokomotiv Deposunda lokomotivlər 10 dəfə texniki baxışdan keçirilmiş, 3 lokomotiv, 14 müxtəlif­tipli vaqon cari təmir edilmişdir.

İnfrastruktur idarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilərək tullantılardan təmizlənmişdir. Daşımaların səmərəli təşkili məqsədilə Şərur stansiyasında yararsız vəziyyətdə olan yükləmə-boşaltma yolunda və stansiyanın 3-cü qəbul-göndərmə yolunda son tamamlama işləri aparılır. Ordubad stansiyasının 2-ci qəbul-göndərmə yolunda aparılan əsaslı təmir işləri başa çatdırılaraq istismara buraxılmışdır. Xidməti ərazidə 189 ədəd yararsız ağac şpal və lokomotivlərdə 30 müxtəliftipli rabitə bloku dəyişdirilmişdir. Görülmüş tədbirlər nəticəsində Ordubad-Vəlidağ sahəsində hərəkətdə olan yük-sərnişin qatarlarının fasiləsiz işi təmin olunmuşdur. 2017-ci ilin birinci rübündə dəmir yolu vasitəsilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 5 min 820 ton müxtəlif təyinatlı yük daşınmışdır. Hesabat dövründə yük-sərnişin qatarları tərəfindən 35 min 894, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarı vasitəsilə 1654 sərnişin daşınmışdır.

Muxtar respublikamızda dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı olaraq 2017-ci ilin birinci rübündə Ordubad dəmiryol sərnişin vağzalı, eləcə də Yol Sahəsinin inzibati binalarında və yolun 369-cu kilometrində yerləşən 4 saylı yol məntəqəsində aparılan yenidənqurma, Ordubad Yol Sahəsinin yardımçı binalarında, Ordubad İdarəetmə Mərkəzində və Naxçıvançay Təhlükəsizlik Komandasının inzibati binasında aparılan əsaslı təmir işləri, eləcə də Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun tikintisi davam etdirilmişdir.


“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyətinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3064229
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11426
16573
59620
499696
3064229

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter