20 Oktyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamına əsasən hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur.
İnşaat sektorunun inkişafı, bütövlükdə, ölkənin sosial-iqtisadi tərəqqisinə təkan verən mühüm amillərdən biri hesab edilir. Əsası 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf xətti istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində ölkə­mizdə digər sahələrlə yanaşı, tikinti-quruculuq işlərinin də geniş vüsət almasına səbəb olmuşdur. Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı xeyli sürətlənmiş, nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdir. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə tikinti-quruculuq işlərinin həcmi daha da genişlənmiş, inşaat sektorunda fəaliyyət göstərən dövlət təşkilatlarına və özəl şirkətlərə maliyyə dəstəyi xeyli artırılmış, uzun illər bu sahədə çalışmış, peşəkarlıq qazanmış inşaatçıları öz ətrafında birləşdirən tikinti təşkilatları mütəşəkkil qurucu qüvvəyə çevrilmişdir.
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamları ilə qəbul edilən dövlət pro­qramlarının uğurlu icrası da iqtisadiyyatın kompleks inkişafına səbəb olmuş, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənmişdir. Bu da, nəticə etibarilə, yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qaldırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir.

Bu gün Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı qurucu­luq işləri aparılır, şəhər və rayonlarda müasir binalar tikilir. Qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, səmərəli podratçı­lıq, yüksək keyfiyyət və müasir dizayn gətirmişdir. Böyük təcrübə sahibi olan Naxçıvan inşaatçıları öhdələrinə götürdükləri işi qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırır, verilən tapşırıqları vaxtında yerinə yetirirlər. Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülür. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada tarazlı inkişaf təmin olunmuş, investisiya qoyuluşları bütün fəaliyyət istiqamətlərini əhatə etmişdir. Belə ki, 2016-cı ildə muxtar respublikada infrastruktur quruculuğu istiqamətində əsas kapitala 104 milyon 188 min manatdan artıq investisiya yönəldilmişdir ki, bunun da 98 milyon 530 min manatı və ya 94,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür. Aparılan işlər təsərrüfat həyatının bütün sahələrini əhatə edir. Ötən il muxtar respublikada 5460 şagird yerlik 15 məktəb binası, 13 kənd və 14 xidmət mərkəzi daxil olmaqla, 256 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, əhalinin şəxsi vəsaiti hesabına 376 min 277 kvadratmetr yaşayış sahəsi tikilmişdir.
Blokadanın yaratdığı ən kəskin problemlərdən biri də enerji resurslarına çıxış imkanlarının məhdud olması idi. Ötən illər ərzində bu sahədə intensiv tədbirlər həyata keçirilmiş, infrastruktur müasir standartlar səviyyəsində yenilənmiş, davamlı olaraq yeni elektrik stansiyaları qurulmuşdur ki, bu da, son nəticədə, enerji təhlükəsizliyimizin təmin olunmasına imkan vermişdir. Əgər 22 il bundan əvvəl muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə mövcud idisə, aparılan məqsədyönlü islahatlar və tikinti-quruculuq işləri nəticəsində muxtar respublikada elektrik stansiyalarının sayı 6-ya çatdırılmış, yeni transformator yarımstansiyaları qurulmuşdur. Hazırda Ordubad rayonunda gücü 36 meqavat olan derivasiya tipli Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının əsas göstəricilərindən biri hesab olunur. Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bu gün muxtar respublikada aparılan tikinti-quruculuq işlərinin əsasını təşkil edir. Son illər muxtar respublikanın bütün şəhər və rayon mərkəzlərində müasir yollar çəkilmiş, magistral və yerli əhəmiyyətli yollar yenidən qurulmuşdur. 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 34 kilometrlik Naxçıvan-Culfa və 88,8 kilometrlik Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları, eləcə də ölkə başçı­sının müvafiq sərəncamlarına uyğun olaraq Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, Çeşməbasar-Boyəhməd, Hacıvar-Vayxır-Sirab və Şəkər­abad-Babək qəsəbə-Nehrəm-Araz­kənd dairəvi avtomobil yolları, eləcə də kənd yolları yenidən qurularaq istismara verilmişdir. Kəndlərin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinin, eləcə də kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olmuşdur.
Muxtar respublikada əkinçiliyin geniş yayılması və inkişafı me­­-­li­­­ora­­siya-irriqasiya sistemlərinin davamlı olaraq təkmilləşdirilməsini də zəruri edir. Son illər bu istiqamətdə də ardıcıl tədbirlər həyata keçirilmiş, tutumu 100 milyon kubmetr olan Heydər Əliyev Su Anbarı tikilmiş, Arpaçay Su Anbarı və Uzunoba Su Anbarı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir. Nəticədə, muxtar respublikada min hektarlarla yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmiş, suvarma tədbirləri yaxşılaşdırılmışdır.
Bu gün Naxçıvanda yeni obyektlərin inşası ilə yanaşı, tarixi abidələrin bərpası da diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirdiyi tədbirlər çərçivəsində hər il yeni abidələr bərpa olunaraq tarixi görkəmi özünə qaytarılır. Bu işdə muxtar respublika inşaatçıları fəal iştirak edir, abidələrimiz tarixi görkəmi saxlanılaraq bərpa edilir. Son illər bərpa olunan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuhun türbəsi, Əlincəqala tarixi abidəsi, Gülüstan türbəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, buzxanalar, imamzadələr və digər onlarla tarixi abidə, hazırda bərpası davam etdirilən Qarabağlar Türbə Kompleksi, Nehrəm imamzadəsi və Yengicə hamamı Naxçıvanın zəngin tarixi-mədəni irsini özündə yaşatmaqla yanaşı, həm də bu torpaqda qədim tikinti mədəniyyətindən, memarlığın inkişafından xəbər verir.
Muxtar respublikanın tikinti sekto­runda çalışan işçilərin sağlamlığının qorunması və tikinti işləri zamanı keyfiyyətin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində tikinti sektorunda işlərin keyfiyyətlə aparılması, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması barədə keçirilən müşavirələrdə bu məsələ ilə bağlı aidiyyəti orqanlara konkret tapşırıqlar verilmişdir. Bu isə o deməkdir ki, muxtar respublikada çalışan hər bir inşaatçının sağlamlığının qorunması tikinti təşkilatları qarşısında duran başlıca vəzifədir.
Peşə bayramlarını qeyd edən muxtar respublika inşaatçıları bundan sonra da əzmlə çalışacaq, yaradıcı əməklərini müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının daha da inkişafına, müasirləşməsinə sərf edəcəklər.


Naxçıvan Muxtar Respublikası
Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4763392
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5124
19017
71967
298452
4763392

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter