22 Oktyabr 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Yaşadığımız müasir dövrdə avtomobil nəqliyyatı insan həyatına sürət və komfort gətirib. Ancaq avtomobil nəqliyyatı həm də yüksək riskə malikdir. Çünki baş verən yol-nəqliyyat qəza halları zamanı yaranan maddi zərərlər çox ciddi problemlərə səbəb olur. Buna görə də avtonəqliyyat vasitələrinin icbari sığortası ilə verilən sığorta təminatı hər bir avtonəqliyyat vasitəsi sahibi üçün əhəmiyyətlidir.

 Şübhəsiz, hər kəs istəyir ki, yola çıxdığı zaman heç bir arzuedilməyən təsadüfi hadisə ilə rastlaşmasın. Ancaq müasir dövrdə avtomobillərin sayının artması qəza və digər arzu­edilməz halların da başvermə ehtimalını artırır, bəzən insanları çıxılmaz vəziyyətə salır. Bu baxımdan avtomobil nəqliyyatı vasitələrindən istifadə zamanı onların sahiblərinin mülki məsuliyyətinin sığortası mühüm əhəmiyyət kəsb edir. Çünki avtomobil sahibləri mülki məsuliyyətlərini sığorta etdirməklə qaçılması mümkün olmayan bədbəxt hadisələrin maddi zərərlərinin əvəz olunmasına nail olurlar. Belə maddi zərərlər isə həm avtomobil sahiblərinə, həm də digər – üçüncü şəxslərə dəyə bilər. Ölkəmizdə mövcud olan qanuna əsasən, belə bədbəxt hadisələr zamanı üçüncü şəxslərə dəyə biləcək zərərləri ödəmək üçün avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası həyata keçirilir. 

 Avtomobil nəqliyyatı vasitələrinin istismarı ilə bağlı yarana bilən müxtəlif qəzalı vəziyyətlər zamanı avtomobil sahiblərinin daşıdığı mülki məsuliyyət yaranan arzu­edilməz qəza hallarında qarşı tərəfə vurulmuş zərərin ödənilməsi ilə əlaqələnir. Bu məsuliyyətin ötürülməsi, yəni dəymiş zərərin əvəzinin ödənilməsinin şəxsin özünün deyil, sığortaçı tərəfindən ödənilməsi isə bu sığorta növünün əsas məqsədidir. Belə ki, avtomobillərdən istifadə zamanı risk dərə­cəsi yüksək olan hadisələr baş verdikdə həm avtomobilin özünə, həm də onun iştirakçısı olduğu hadisənin digər tərəfinə – üçüncü şəxslərin həyatına, onun sağlamlığına, mal və əmlakına zərərlər dəyə bilər. Bu zaman avtomobil sahibləri vura biləcəyi zərərlə əlaqədar çıxılmaz vəziyyətə düşə bilər. Bu, avtomobil sahibini gözləyən ən mühüm riskli haldır. Məhz bu riskin səviyyəsini nəzərə alaraq avtomobil sahibi olan hər bir şəxsin mülki məsuliyyətinin sığortası icbari qaydada tətbiq olunur. Çünki bu zaman dəyə biləcək zərərin hansı məbləğdə ola biləcəyini əvvəlcədən demək çətindir. Məsələn, bəzən dəymiş zərər avtomobil sahibinin maddi imkanlarından dəfələrlə çox ola bilər. Sığorta müqaviləsi olduqda mülki məsuliyyətini sığortalamış vətəndaşın qarşı tərəfə vurduğu zərəri onun özü deyil, risklərini həvalə etmiş sığortaçı ödəyir. 

Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının aparılması 2011-ci il 24 iyun tarixli “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aparılır. Bu qanuna əsasən, mühərrikinin həcmi 50 kubsantimetrdən artıq olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası icbaridir. Müəyyənləşdirilmiş normalara əsasən, icbari sığortahaqqı bundan sonra baza məbləğinə əmsallar tətbiq olunmaqla aparılır. Hazırkı sığorta­haqqının baza məbləği 50 manat müəyyən edilib ki, bu da mühərrikinin həcmi 50-dən 1500 kubsanti­metrədək olan minik avtomobillərində tətbiq olunur. Mühərrikinin həcmi 1500 kubsantimetrdən yuxarı olan minik avtomobillərinin sığorta­haqqı əmsallar tətbiq olunmaqla hesablanır. Məsələn, mühərrikinin həcmi 1500-2000 kubsantimetr olan minik avtomobilləri üçün 1,5 əmsal tətbiq olunaraq sığortahaqqı 75 manat müəyyənləşdirilir. Mühərrikinin həcmi 2000-2500 kubsantimetrədək olan minik avtomobilləri üçün 2 əmsal tətbiq olunmaqla 100 manat sığortahaqqı müəyyən edilir. Mühərrikin həcmi artdıqca tətbiq olunan əmsalla sığortahaqqının məbləği də yüksəlir.
Yük avtomobilləri və onların bazasında istehsal olunmuş digər avtomobil nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütləsinə görə, 3500 kiloqram olduqda 3 əmsalı tətbiq olunmaqla 150 manat, 3500 kiloqramdan 7000 kiloqrama­dək olduqda 4 əmsal tətbiq olunmaqla 200 manat, 7000 kiloqramdan artıq kütləyə görə isə 5 əmsal tətbiq olunmaqla 250 manat sığortahaqqı hesablanır. Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələri üçün minik və yük nəqliyyat vasitəsi olmasından asılı olmayaraq, 1,2 əmsal əlavə olunur.
Sığorta haqlarının ödənilməsi formasına gəldikdə, burada son dövrlərdə tətbiq olunan mütərəqqi üsullar sürücülər üçün rahat şərait yaradıb. Belə ki, avtonəqliyyat vasi­tələri sahiblərinin sığorta müqaviləsinin bağlanılması elektron formada həyata keçirilir. Ümumi sistemə daxil olunmuş sığorta müqaviləsi sığortahaqqı ödəndikdən sonra avtomatik olaraq qüvvəyə minir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilə müddətində sığorta hadisəsi baş verdikdə mövcud qanuna əsasən üçüncü şəxs olan fiziki şəxslərin həyat və sağlamlığına dəyən zərərə görə bir şəxs üçün 5 min manat, ümumilikdə isə 50 min manatdan çox olmamaq şərtilə, əmlakına dəyən zərərə görə isə 5 min manat məbləğində sığorta olunur.
Göründüyü kimi, avtonəqliyyat vasitələri sahiblərinin icbari sığortası müasir həyatımızın mühüm bir tələbatıdır. Bu tələbatın ödənilməsi üçün hər bir sürücünün vaxtında sığorta müqaviləsi bağlaması və öz hüquqlarından istifadə etməsi zəruridir.

Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4786867
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1247
13401
95442
321927
4786867

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter