20 Oktyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Hər bir ölkənin iqtisadiyyatının gücləndirilməsində, bunun məntiqi nəticəsi olaraq insanların maddi rifah halının yaxşılaşdırılmasında, onların həyat səviyyəsinin yüksəldilməsində əhalinin məşğulluğunun təmin edilməsi başlıca amillərdən biridir. Ona görə də son illərdə bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi prioritet vəzifəyə çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bunun ifadəsidir. Muxtar respublikamızda da həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin uğurla icra edilməsi muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir. Ötən dövr ərzində işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində muxtar respublikada görülən işlər bir daha onu göstərir ki, blokada şəraitində də istənilən problemin həllinə nail olmaq mümkündür. İndi regionda əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında iş­axtaranlara təqdim edilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, muxtar respublikada 2016-cı ildə şəhər və rayonlarımızın hər birində əmək yarmarkaları keçirilib. Bundan başqa, təhsil və səhiyyə yarmarkaları da təşkil olunub.
Məlumat üçün onu da bildirək ki, cari ildə növbəti əmək yarmarkalarına aprelin 11-də start veriləcək. Həmin gün tədbir Sədərək rayonunun Heydərabad qəsəbə mərkəzində təşkil olunacaq. Aprel ayının 12-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Aprelin 13-də keçiriləcək əmək yarmarkasının növbəti ünvanı Şahbuz şəhərindəki “Araz” kino­teatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından aprel ayının 14-də yararlana biləcəklər. Aprel ayının 18-də ordubadlılara, 19-da babəklilərə, 20-də isə şərurlulara boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası aprel ayının 21-də “Gənclik” Mərkəzində keçiriləcək.

Muxtar Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4763293
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5025
19017
71868
298353
4763293

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter