29 Aprel 2017, Şənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda ötən illərdə xeyli quruculuq işləri həyata keçirilib. Belə ki, yeni məktəb, səhiyyə, mədəniyyət, kənd və xidmət mərkəzləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Bütün bunlar həmin ünvanlarda olan sosial problemləri aradan qaldırıb, rayon mərkəzi Şərur şəhəri və bölgənin kənd yaşayış məntəqələrinin böyük əksəriyyəti müasirlik libasına bürünüb. 

Belə tədbirlər ötən il və bu ilin ilk rübü ərzində də davam etdirilib. 2016-cı ildə Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün tədris və yataqxana korpusları, rayon mərkəzinin Heydər Əliyev prospektində hər biri 24 mənzilli olan 46 və 48 nömrəli yaşayış binaları, Arbatan kəndində 234, Oğlanqalada 576 şagird yerlik tam orta məktəb binaları, hər iki yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri, Mahmudkənddə, Aralıq və Aşağı Yaycıda futbol meydançaları, Yengicədə müharibə əlili üçün mənzil tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Xanlıqlar kəndindəki dini ziyarətgah bərpa edilib. 2017-ci ilin birinci rübü ərzində Çəmənlidə məktəb, kənd və xidmət mərkəzləri, Arpaçayda kənd və xidmət mərkəzləri, Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin binası, rayon Mərkəzi Xəstəxanasının binası təmir olunaraq və ya tikilərək istifadəyə verilib. Hazırda rayonun müxtəlif ünvanlarında kompleks quruculuq işləri davam etdirilir.
Belə tədbirlərdən Ərəbyengicə, Ələkli və Qarahəsənli kəndlərinə də pay düşüb. Bu yaşayış məntəqələrində kompleks quruculuq işlərinə başlanılıb.

Ərəbyengicədə kənd məktəbinin müasir standartlara cavab verməyən köhnə binası sökülür. Yeni tikiləcək bina 192 şagird yerlik və 3 mərtəbədən ibarət olacaq. Binada 13 sinif otağı, elektron lövhəli siniflər, 1 kompüter otağı, 2 laboratoriya, kitabxana, idman zalı və digər otaqlar inşa ediləcək. Kənddə kənd və xidmət mərkəzləri də tikilərək sakinlərin ixtiyarına veriləcək.
Rayonun Ələkli kəndində də kompleks quruculuq işləri aparılır. Kənddə məktəb, kənd mərkəzi və xidmət mərkəzindən əlavə, uşaq musiqi məktəbi üçün də bina tikilir. Uşaq musiqi məktəbinin binası iki, tam orta məktəbin binası isə üçmərtəbəli olacaq. 216 şagird yerlik məktəbdə şagirdlərin təhsili üçün hərtərəfli şərait yaradılacaq.
Kənddə həmçinin digər abadlıq işləri də aparılacaq, kənd və kənddaxili yollar asfaltlanacaq.
Rayonun Qarahəsənli kəndində də kompleks quruculuq işlərinə başlanılıb. Bütün tikinti obyektlərində çalışanların təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Obyektlərdə həyata keçirilən quruculuq işlərinin keyfiyyətlə aparılmasına ciddi diqqət verilir. Hər üç yaşayış məntəqəsində aparılan inşaat işləri başa çatdıqdan sonra rayonun daha 3 kəndi müasirliyə qovuşacaq.

Elman Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2030942
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14242
19173
106127
450920
2030942

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter