11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Dağlıq və dağətəyi zonada yerləşən Culfa rayonu muxtar respublikanın aqrar islahatlar aparılan ilk bölgəsidir. Ötən illərdə aqrar islahatlar uğurla başa çatdırılıb, kənd adamları öz torpaqlarının əsl sahibinə çevriliblər. Belə ki, 6656 hektar torpaq sahəsi əhaliyə paylanılıb. Bundan başqa, culfalılar həm də 1635 hektar həyətyanı torpaq sahəsindən istifadə edirlər. Göstərilən dövlət qayğısı, bu sahədə qazanılan uğurlar rayonda aqrar sahənin inkişafına marağı daha da artırıb. Məlumat üçün bildirək ki, 92 min 630 hektar ərazisi olan Culfa rayonunda 1 şəhər, 22 kənd yaşayış məntəqəsi var. Bölgənin əhalisinin sayı 43 min nəfəri ötüb. Bunlardan böyük əksəriyyəti kəndlərdə yaşayır və torpaqlar onların daimi iş yeridir.

Muxtar respublikanın hər yerində olduğu kimi, ilk vaxtlar bu bölgədə də torpaqlardan səmərəli istifadə olunmasında bəzi çətinliklər yaşanıb. Tədricən hər şey yoluna qoyulub. Genişhəcmli meliorasiya tədbirləri aparılıb, onlarla nasos stansiyası və artezian quyusunda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilərək bu su mənbələri işlək vəziyyətə gətirilib. Bir faktı nəzərinizə çatdıraq. Son illərədək Culfa düzü boş səhranı xatırladırdı. Bu ərazidəki torpaqlar əhaliyə paylanılsa da, su olmaması səbəbindən əkilməmiş qalırdı. Araz çayından buraya nasoslar vasitəsilə su qaldırılması artıq bu ərazini gülüstana çevirib. Torpaq mülkiyyətçiləri burada əkinçiliyin müxtəlif sahələrini inkişaf etdirirlər. Yüz hektarlarla sahə məhz meliorativ tədbirlər hesabına əkin dövriyyəsinə qatılıb. Əkin sahələrinin suvarılmasında Gilançaydan, Heydər Əliyev Su Anbarından, Bənəniyar gölündən götürülən su, həmçinin 30 subartezian və 8 nasos stansiyası vasitəsilə əkinlərin suvarılması həyata keçirilir.

Bölgəyə müxtəlif kənd təsərrüfatı texnikalarının gətirilməsi də diqqət mərkəzində saxlanılıb. Rayonun ən böyük yaşayış məntəqəsi olan Yaycı kəndində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Culfa-Ordubad bazasının istifadəyə verilməsi, buraya kifayət qədər kənd təsərrüfatı texnikalarının gətirilməsi torpaq mülkiyyətçiləri tərəfindən rəğbətlə qarşılanıb. Bütün bunlar rayonda kənd təsərrüfatının müxtəlif sahələrinin dinamik inkişafında başlıca rol oynayıb. Belə ki, bu gün Culfa rayonunda 208 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və aqreqatdan istifadə olunur. Yaradılan şəraitdən səmərəli istifadənin nəticəsidir ki, bölgədə bu sahədə qazanılan uğurlar ildən-ilə artır. Bu baxımdan 2016-cı il də istisna deyil. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, rayonda ötən il kənd təsərrüfatı sektorunda 59 milyon 255,4 min manatlıq məhsul istehsal edilib. Bu da əvvəlki illə müqayisədə 7,1 faiz çoxdur. Bir məsələni də qeyd edək ki, bu nəticənin əldə edilməsində torpaq mülkiyyətçilərinə verilən güzəştli kreditlər də mühüm rol oynayır. Bəhs olunan dövrdə rayonda 449 nəfər torpaq mülkiyyətçisi, ümumilikdə, 786,3 min manat kredit alıb. Kreditlərin 533,9 min manatı heyvandarlığın, 159,4 min manatı əkinçiliyin, 92 min manatı arıçılığın, 1000 manatı meyvəçiliyin inkişafına yönəldilib.
Culfa rayonunun iqtisadiyyatında gəlirli sahələrdən birinə çevrilən taxılçılığa maraq ildən-ilə artır. Bu baxımdan ötən il də culfalılar üçün uğurlu sayıla bilər. Bəhs olunan dövrdə rayonda 4974 hektar dənli və dənli-paxlalı bitkilərin əkin sahəsindən 13822 ton, 508 hektar dənli-paxlalı əkini sahəsindən 1625 ton məhsul yığılıb. Rayonun torpaq mülkiyyətçiləri strateji məhsul olan taxılın əkilib-becərilməsinə xüsusi önəm verirlər. Bu sahədə uzun illər qazanılan təcrübə, həyata keçirilən stimullaşdırıcı tədbirlər taxılçılıqda əldə edilən uğurların ilbəil artmasını təmin edib. Bu baxımdan ötən il də istisna deyil. Culfanın torpaq mülkiyyətçiləri 4050 hektarı buğda, 416 hektarı arpa olmaqla, 4466 hektar sahədən 12 min 197 ton məhsul götürüblər. Ötən ilin payızında cari ilin məhsulu üçün, ümumilikdə, 5896 hektar olmaqla, 4831 hektarda buğda, 1065 hektarda arpa əkilib. Artıq yazlıq taxıl əkinlərinə başlanılıb.
Muxtar respublikada kartofçuluğun inkişafı ilə bağlı qəbul edilmiş və uğurla başa çatdırılmış Dövlət Proqramı bölgənin torpaq mülkiyyətçilərinin bu sahədə yüksək göstəricilər qazanmasına imkan verib. Ötən il onlar 460 hektar sahədən 5098 tondan yuxarı məhsul toplayıblar.
130 hektar sahədə bostan bitkiləri əkilib-becərilib. Sahələrdən 1827,8 ton məhsul yığılıb. 98 hektarda əkilmiş dən üçün qarğıdalı sahəsindən 443 ton, 10 hektarda dən üçün günəbaxan əkini sahəsindən 30 ton məhsul yığılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” isə bu sahələrin inkişaf etdirilməsinin gələcək perspektivlərini müəyyənləşdirib. Proqramın icrası istiqamətində cari ilin ötən dövründə xeyli iş görülüb, meyvə bağlarının sahəsi genişləndirilib. Barverən meyvə bağlarından 3241,1 ton meyvə, 489 hektar tərəvəz bitkiləri əkini sahəsindən 8230 ton tərəvəz istehsal olunub. Rayonda üzümçülükdə xeyli təcrübə qazanılıb. Son illərdə bu sahəyə maraq xeyli artıb. Üzümçülər bəhs olunan dövrdə üzüm bağlarından 5897 ton məhsul istehsal ediblər.
Rayonda heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılan sahələrdən biridir. Ötən il rayonda diri çəkidə 3767 ton ət, 9 min 452 ton süd, 5 milyon 864 min ədəd yumurta, 148,4 ton yun istehsal edilib.
Culfalıların iqtisadiyyatına gəlir gətirən sahələr içərisində arıçılığı da xüsusi qeyd etmək olar. 2016-cı ildə rayonda 272 ton bal məhsula sahib olunub.
Artıq 2017-ci ilin ilk rübü arxada qalıb. Rayonun torpaq mülkiyyətçiləri bu ilə də uğurla başlayıblar. Yazlıq arpa, bostan, tərəvəz, kartof, dənli-paxlalı bitkilərin əkinləri sürətlə davam etdirilir. Rayonun Yaycı, Bənəniyar, Dizə, Ərəzin kəndləri bu prosesdə daha irəlidə gedir. Yaycılı torpaq mülkiyyətçiləri Salman Abbasov, Rza Əsgərov, bənəniyarlı Surxay Allahverdiyev, dizəli Abbas Tağıyev, ərəzinli Ağalar Məmmədov rayonda aqrar sahənin inkişafı üçün yaradılan şəraitdən razılıqlarını bildirərək dedilər ki, bu gün muxtar respublikanın hər yerində olduğu kimi, Culfada da torpaq daimi iş yerinə çevrilib. Bu qiymətli sərvət bu gün kənd adamının halal qazanc mənbəyidir. Odur ki, torpaqla ünsiyyətdə olanlar onun qədrini bilir, dövlətin yaratdığı şəraitdən səmərəli istifadə edir, öz gün-güzəranlarını yaxşılaşdırır, muxtar respublikanın, nəticə etibarı ilə, ölkənin iqtisadi qüdrətinin artmasına öz töhfələrini verirlər.
Culfalı torpaq mülkiyyətçiləri ilə söhbətdən belə qənaətə gəldik ki, kənd adamları 2017-ci təsərrüfat ilini də uğurla başa vuracaq, yeni uğurlara imza atacaqlar.


Muxtar Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5626492
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
9944
18377
9944
172383
5626492

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter