18 İyun 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda sosial-iqtisadi inkişafın bəhrələri olan yeni quruculuq ünvanlarının sayı getdikcə artır. Bu, əhaliyə göstərilən qayğının ifadəsi kimi diqqəti çəkir. Qədim diyarımızın ən böyük bölgələrindən biri olan Babək rayonunun quruculuq xəritəsi də hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən quruculuq tədbirləri ötən il də davam etdirilib, bu tədbirlər hesabına daha bir neçə kənd yaşayış məntəqəsinin adı abad, müasir kəndlər siyahısına yazılıb.
Ötən ilin ilk ayı rayonun Xəlilli kəndinin sakinləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə kənddə məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Xəlilli kəndinin yolları abadlaşdırılıb, 1350 metr uzunluğunda beton kanal çəkilib, 67 su keçidi qoyulub. Rabitə, elektrik və qaz xətləri də yenilənib, 1200 metrlik fiber-optik, 3 kilometr uzunluğunda elektrik və 450 metr uzunluğunda qaz xətti çəkilib.

Aprelin 7-də Yarımca kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi bu yaşayış məntəqəsinin sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb. Həmin gün Yarımca Kənd Mərkəzi, yeni həkim ambulatoriyası, xidmət mərkəzi istifadəyə verilib. Kəndin məktəbi yenidən qurulub, yolları abadlaşdırılıb, 950 metrlik asfalt, 2700 metrlik çınqıl qatı verilib, 8 su keçidi qoyulub, beton kanal çəkilib. Rabitə, elektrik və qaz xətləri də yenilənib, 1200 metr rabitə, 890 metr elektrik, yeni tikililərə isə 250 metr qaz xətti çəkilib.
2016-cı ildə abad yaşayış məntəqələri siyahısına qoşulan kəndlərdən biri də Məzrə olub. Sentyabrın 28-də Məzrə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. 2,9 kilometr uzunluğundakı kənddaxili avtomobil yolları yenidən qurulub, yol yatağı genişləndirilərək asfalt örtük salınıb. Həmin gün Məzrə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Kənd və xidmət mərkəzlərinin fəaliyyətə başlaması da yaşayış məntəqəsinin sakinləri tərəfindən sevinclə qarşılanıb. Məlumat üçün qeyd edək ki, kənddə abadlıq işləri də görülüb. Kəndin rabitə, elektrik, qaz və su sistemləri yenidən qurulub, 2 min metrdən artıq rabitə və 1850 metrlik elektrik xətti çəkilib, qaz və su xətlərində təmir-bərpa işləri aparılıb.
Sentyabrın 30-da Babək rayonunun Kültəpə və Kərimbəyli kənd­lərini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilib. Noyabr ayının 11-i isə Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun ikinci hissəsinin istifadəyə verilməsi ilə yadda qalıb. Həmin gün rayonun Nehrəm kəndində yeni məscidin istifadəyə verilməsi də kənd sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb.
Geridə qoyduğumuz ilin son ayında isə rayonun Hacıvar və Badaşqan kəndləri abad kəndlər siyahısına qoşulub. Belə ki, dekabr ayının 9-da Babək rayonunun Hacıvar və Badaşqan kəndlərində yeni sosial obyektlər istifadəyə verilib. Həmin gün Hacıvar kənd avtomobil yolunun, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi sakinlərin böyük razılığına səbəb olub. Adıçəkilən yaşayış məntəqəsində də kompleks quruculuq tədbirləri çərçivəsində bir sıra abadlıq işləri görülüb, 2500 metr rabitə, eləcə də 700 metr fiber-optik kabel xətti çəkilib. Kəndin elektrik və qaz sistemləri yenilənib, 3250 metrlik elektrik xətti çəkilib, transformator yarımstansiyası əsaslı təmir edilib, 2500 metrlik müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılıb. Kəndə yeni suvarma su xətti çəkilib, yolkənarı yaşıllıq zolaqlarında suvarma sistemləri quraşdırılıb. Həmin gün Badaşqan kəndində xidmət mərkəzi də fəaliyyətə başlayıb.

 Səbuhi Hüseynov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2596058
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1743
4843
1743
88844
2596058

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter