12 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin davamı kimi 2015-ci ilin dekabr ayında Babək rayonunun Xal-xal kəndi yaxınlığında 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il yanvar ayının 11-də muxtar respublikamıza səfəri çərçivəsində təməli qoyulan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasında işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən bildirilib ki, muxtar respublikanın təbii resurslarından səmərəli istifadə olunmaqla yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, 14 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının texniki-iqtisadi əsaslandırılması və ilkin layihə sənədləri hazır­lanıb. 2017-ci ildə Günəş elektrik stansiyasının gücü 2 meqavat artırılacaqdır. Bunun üçün xarici şirkətlə müqavilə bağlanıb, işlərə başlanılıb. Cari ilin iyul ayında işlərin yekunlaşdırılması nəzərdə tutulub.

Araz Su Elektrik Stansiyasında 2 nömrəli turbinin əsaslı təmiri, Modul Elektrik Stansiyasında isə 4 aqreqatın 48 min saatlıq işləmədən sonra planlı təmiri həyata keçiriləcəkdir.
Culfa rayonunda külək elektrik stansiyasının tikintisi üçün ötən il ölçü qurğuları alınıb və quraşdırılıb. Bir il ölçü aparıldıqdan sonra bu ilin avqust ayında həmin ərazidə hansı gücdə və sayda külək enerjisi qurğuları qoyulmasının əsaslandırılması mümkün olacaqdır.
Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, muxtar respublikanın elektrik enerjisinə olan tələbatının su və digər alternativ elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi hesabına 100 faiz ödənilməsi mümkün olacaq və yaxın gələcəkdə Naxçıvan daha çox elektrik enerjisi ixrac edəcəkdir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3391370
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
135
5851
11200
50537
3391370

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter