23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada ekoloji cəhətdən təmiz meyvə-­tərəvəz məhsulları yetişdirilir. 2016-cı il fevralın 8-də qəbul olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” əhalinin bu məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsini təmin edib, tələbatdan artıq mövsümi məhsulların isə ixracına imkan yaradıb.

2016-cı ildə əkin sahələrindən 83 min tondan çox tərəvəz, meyvə bağlarından isə 52 min tona yaxın məhsul götürülmüşdür. Təbii ki, meyvə-tərəvəz istehsalı sahəsində əldə olunan uğurların təməlində dövlət qayğısı ilə yanaşı, həm də böyük zəhmət, torpağa sevgi dayanır. Məhz bu amillər adıçəkilən sahədə gözəçarpan nailiyyətlər qazanılmasına şərait yaradıb, bazarlarımızda yerli məhsullar artıb, idxaldan asılılıq aradan qaldırılıb.
Tərəvəzçilik məhsulları istehsalı ilə məşğul olan bir ünvana üz tuturuq. Havadakı dumandan maşının pəncərəsindən ətrafı seçmək çətindir. Düşünürəm ki, qış fəslinin bu il daha soyuq keçməsi sahibkarlardan çeviklik, bacarıq tələb edir. Onlar işlərini daha diqqətlə nizamlamalı, ehtiyat tədbirlərini nəzərdə saxlamalıdırlar. Yoxsa ani bir ehtiyatsızlıqdan aylarla çəkilən zəhmət hədər gedə bilər. Bu düşüncələrlə Babək rayonunun Uzunoba kəndində fəaliyyət göstərən tərəvəzçilik təsərrüfatının qapısını açırıq.

... İstixanada ləklərin arasında gəzən, təsərrüfat sahibi Murad Cabbarova yaxınlaşıb onunla həmsöhbət oluruq. Yamyaşıl tərəvəz bitkilərini göstərərək bildirir ki, belə bir sahə yaratmaq çoxdankı arzum idi. Sahibkarlığa yaradılan şərait, göstərilən dövlət qayğısı bu arzumu gerçəkləşdirdi. 2016-cı ilin əvvəlində 3500 kvadratmetr sahədə tərəvəzçilik təsərrüfatı qura bildim.
Sahibkarla söhbətimdə bu sahənin çox zəhmət tələb etdiyinə bir daha əmin oldum. Dedi ki, təsərrüfatı qurmazdan əvvəl Türkiyəyə gedərək eyni profilli təsərrüfatlarda təcrübə keçib və elə bu gün də mütəxəssislərlə əlaqə saxlayır, həmçinin kitablardan bu sahənin sirlərinə yiyələnir. Burada yetişdirilən xiyar məhsulu “Tazəm-F1”, pomidor isə “Ayza-F1” salxım sortudur. Toxumlar Türkiyə Respublikasından gətirilib Bakı şəhərinə aparılır, orada şitil kimi yetişdirilərək istixanaya gətirilir. Naxçıvanda belə pomidor sortu yalnız bu təsərrüfatda yetişdirilir.
Ləklərin arasını gəzdikcə, kollarda olan məhsullara baxdıqca düşünürsən ki, bəli, bu gün muxtar respublikamızda sahibkarlığın inkişafına yaradılan münbit şərait bacarıqlı, zamanın nəbzini tutan insanların əl-qolunu açıb, onlara çalışmaq, işləmək, torpağa alın təri axıtmaq imkanı qazandırıb. Və bunun nəticəsində də indi bazarlarımızda keyfiyyətli yerli məhsul bolluğudur. Halbuki bir vaxtlar qış aylarında bazarlarda faraş tərəvəz məhsullarını görmək heç ağıla gəlməzdi. Bu gün isə muxtar respublikanın hər bölgəsində istixanalar yaradılıb və bütün fəsillərdə bazardan faraş tərəvəz məhsulları ala bilirik. Sahibkar deyir ki, bu gün alıcılar bazardan keyfiyyətli məhsul almağa üstünlük verir və bizim məhsul bu sarıdan artıq tanınıb. Və şübhəsiz ki, keyfiyyətli məhsul heç vaxt istehlakçının diqqətindən yayınmır.
Sözsüz ki, bunun üçün becərmə qaydalarına düzgün əməl etmək vacib şərtdir,– deyə fikrimi bildirirəm.
Sahibkar əkindən əvvəl torpağa qulluqdan başlayaraq məhsulun yığılıb qablaşdırılmasınadək aparılan prosesdən söz salır. Deyir ki, istixanada 55-60 dərəcə nəmlik olmalıdır. Odur ki, istilik artanda pəncərələr avtomatik açılır, içəridə istilik normadan aşağı düşdükdə və yaxud bayırda külək olduqda isə avtomatik örtülür. Suvarma üçün artezian quyusu qazılıb. Buradan su 120 tonluq çənə doldurulur, sonra suvarmada istifadə olunur. Ümumiyyətlə, becərmə müasir texnologiya əsasında aparılır. Bunun nəticəsidir ki, 2-3 gündən bir, ümumilikdə, 500 kiloqrama yaxın məhsul yığılacaq.
Təsərrüfatda çalışan qadınlarla da həmsöhbət oluruq. Uzun­oba kənd sakinləridir. Bildirirlər ki, artıq iş yerimiz var. Bu gün təsərrüfatda 7 nəfər çalışır. Həmin insanlara iş yerini evlərinin içində onlara dövlət yaradıb. Bu isə muxtar respublikamızda əhalinin məşğulluğunun təmin edilməsinə bir dayaqdır.
...Avtomobilimiz asfalt, geniş yolla şəhərə qayıdır. Pəncərədən qarla örtülü əkin sahələrinə baxıram və düşünürəm ki, belə havada tərəvəz məhsulları yetişdirmək böyük fədakarlıq tələb edir. Sürücünün dediyi də fikrimlə üst-üstə düşür: “Halal olsun belə zəhmətkeş insanlara. Yay-qış bilmədən çalışırlar. Bolluq yaradır, muxtar respublika sakinlərinin, xüsusilə şəhər əhalisinin süfrələrini bu nemətlərlə bəzəyirlər…”

 Hafizə Əliyeva

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3055371
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2565
3998
32603
106702
3055371

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter