11 Dekabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

 İqtisadi inkişafın başlıca şərtlərindən biri də müasir yol infra­strukturunun yaradılmasıdır. Əgər abad yol yoxdursa inkişafdan, inkişaf yoxdursa, yolların abadlığından bəhs etmək mümkün deyil. Bu vacib amilə xüsusi diqqət yetirən  ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”. Dahi şəxsiyyətin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra əldə olunan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, yol-nəqliyyat kompleksinin də yenidən qurulmasına, müasir avtomobil yollarının çəkilişinə əlverişli şərait yaradıb. 

­ Dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətt ölkəmizdə, eləcə də muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına öz töhfəsini verib. Elə buna görədir ki, muxtar diyarın hansı səmtinə üz tutsaq, rahat və abad yollar hər kəsi mənzil başınadək müşayiət edəcək. Son illərdə bu sahədə görülən işlər, xüsusilə magistral avtomobil yollarının yenidən qurulması Naxçıvanın tranzit imkanlarını xeyli artırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə uzunluğu 87 kilometr olan Naxçıvan-Sədərək, uzunluğu 34 kilometr olan Naxçıvan-Culfa və uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yollarının müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilməsi nəqliyyat daşımalarında yeni mərhələnin başlanmasına səbəb olub. Ölkə başçısı Naxçıvanda bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək deyib: “Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə də bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur. Artıq burada yerli şirkətlər vardır ki, bu cür yolları çox keyfiyyətlə tikə bilirlər”.
Muxtar respublikada magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Belə ki, ötən dövrdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq 5 yaşayış məntəqəsini əhatə edən Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, 20 yaşayış məntəqəsini əhatə edən Çeşməbasar-Boyəhməd, 13 kəndi əhatə edən Hacıvar-Vayxır-Sirab və 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurularaq istismara verilib. Muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərinin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinə, eləcə də kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olub. 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən kompleks tədbirlər muxtar respublikada mövcud olan 274 kilometr dövlət əhəmiyyətli və 1199 kilometr yerli əhəmiyyətli avtomobil yollarında qarlı-çovğunlu günlərdə belə, hərəkətin intensivliyini tam təmin edib.
Müasir yol-nəqliyyat sisteminin qurulması 2016-cı ildə də uğurla davam etdirilib. Belə ki, ötən il muxtar respublika üzrə 62 kilometrlik yeni asfalt yollar salınıb, 5 körpü tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 may tarixli Sərəncamına əsasən, Babək rayonunun 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulmasının ikinci mərhələsi başa çatdırılıb. Bundan əlavə, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yaxşılaşdırmaq məqsədilə Naxçıvan şəhərində avtomobil və ehtiyat hissələrinin satış mərkəzi və yeraltı qaraj tikilib. Hava nəqliyyatında infra­strukturun yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi tədbirləri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının daha bir terminalı istifadəyə verilib. Yenidənqurma tədbirlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə imkanları saatda 600 sərnişinə çatdırılıb.
Müasir yol-nəqliyyat sisteminin yaradılması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikanın sosial-iqtisadi inkişafını özündə əks etdirməklə yanaşı, həm də regionun tranzit və turizm potensialını artırır, Naxçıvanı beynəlxalq tədbirlərin keçiriləcəyi cazibədar məkana çevirir.

 Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3391201
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5817
5214
11031
50368
3391201

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter