19 Yanvar 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Əhalinin ərzaq təminatında mühüm rol oynayan sahələrdən biri də quşçuluqdur. Məlumdur ki, ta qədimlərdən quşçuluq ev təsərrüfatlarında mövcud olub, yalnız sonralar kənd təsərrüfatının müstəqil sahəsi kimi formalaşıb və inkişaf etdirilib.
Muxtar respublikamızda bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Odur ki, bu gün regionda əhalinin daxili istehsal hesabına quş əti və yumurta ilə təminatında quşçuluq müəssisələrinin xüsusi çəkisi var. Muxtar respublikada ev təsərrüfatlarında və kiçik sahibkarlıq subyektlərində toyuq əti və yumurta istehsalını artırmaq məqsədilə görülən tədbirlərlə yanaşı, müasir quşçuluq fabrikləri yaradılır, köhnələri dövlət tərəfindən verilən güzəştli kreditlər hesabına yenidən qurulur. Belə müəssisələrdən biri də 2013-cü ildə fəaliyyətə başlayan “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatıdır. Müəssisənin açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatının istifadəyə verilməsi də muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Dövlət dəstəyi ilə yaradılan bu təsərrüfat muxtar respublikada quşçuluğun inkişaf etdirilməsinə hesablanmışdır. Belə ki, yeni təsərrüfatın istifadəyə verilməsi muxtar respublikada idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın qorunmasına, eyni zamanda bu sahə üzrə fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan tələbatının ödənilməsinə və rentabelliyin təmin olunmasına imkan verəcəkdir”.
Bu günlərdə təsərrüfatda cəmiyyətin direktoru Səid Zeyniyevlə həmsöhbət olduq. Öyrəndik ki, təsərrüfat ayda 140 min ədəd damazlıq yumurta istehsal gücünə malik damazlıq bölməsindən və 64 min başlıq bəsləmə sahəsindən ibarətdir.

Quşçuluq təsərrüfatında Türkiyə mənşəli avadanlıqların quraşdırıldığını bildirən həmsöhbətimiz onu da qeyd etdi ki, cücələr inkubasiya prosesindən sonrakı mərhələdə bəsləmə sexlərinə köçürülür. Yaxşı qulluq edilərsə, cücələr 45 gün ərzində 1,5-2 kiloqram çəkiyə malik olur.
Qeyd edək ki, sexlərdə suvarılma, yemləndirmə, təmizləmə, pəncərələrin açılıb-bağlanması, havanın təmizlənməsi avtomatlaşdırılmış qaydada həyata keçirilir. Vaxtlı-vaxtında zootexniki və zoobaytar yoxlamalar aparılır və bu da quşların sağlam inkişafına şərait yaradır.
Bəslənmə müddəti başa çatan quşlar müqavilə əsasında kəsim sexlərinə verilir, sonra məhsullar müəssisəyə məxsus avtomaşınlarla ticarət obyektlərinə göndərilir. Növbəti bəsləmə üçün sexlərin təmizlənməsi və dezinfeksiya tədbirlərinin aparılmasına başlanılır ki, bu da sonrakı prosesdə cücələrin sağlam böyümələri üçündür. Burada bir il ərzində 5 mərhələdə quşların bəslənilməsi mümkündür.
Hər bir sexin yanında yem bunkeri quraşdırılıb, qarışıq yemlərdən istifadə edilir. Sexlərdə müasir soyutma sistemi də vardır.
Qeyd etdiyimiz kimi, müəssisədə quşçuluq təsərrüfatları üçün böyük əhəmiyyət kəsb edən damazlıq sahəsi də fəaliyyət göstərir. Buradakı inkubasiya avadanlıqları təsərrüfatların cücə ilə təmin olunmasında mühüm rol oynayır. Satış isə mərhələli qaydada həyata keçirilir. Bu barədə söz açan Səid Zeyniyev bildirdi ki, cari ilin fevral ayından inkubasiya avadanlığına serebris cinsli quşların yumurtaları yerləşdiriləcək. 21-22 gün ərzində çıxan cücələr həm sifariş əsasında quşçuluq təsərrüfatları, həm də fərdi təsərrüfatlar üçün satışa çıxarılacaq. Bu cinsi yetişdirmək üçün yumurtalar Bakı şəhərindən gətiriləcək. Məqsəd müxtəlif sortları inkişaf etdirməkdir. Serebris cinsi daha dözümlü və yumurtalıq, ətlik üçün çox məhsuldardır.
Hər bir təsərrüfatın fəaliyyətə başlaması, sözsüz ki, həm də muxtar respublika əhalisinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Qeyd edək ki, “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətində 20 nəfərdən çox insan işlə təmin olunub.

 Hafizə Əliyeva

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6268326
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
16960
16592
90380
318629
6268326

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter