18 İyun 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Yay fəsli idi. Necə deyərlər, əkin-biçinin lap vurhavur vaxtı idi. Taxılın qəbulu, torpaq mülkiyyətçilərinə göstərilən xidmətlə bağlı yazı hazırlamaq üçün Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksinə yollandıq. Müəssisənin qarşısında qələbəlik idi. Taxıl dolu maşınlar növbə ilə müəssisəyə daxil olub, yükünü boşaldır, sahibkarlar isə bir kənarda dayanıb gəldən-getdən söhbət edirdilər.

 –Adil kişi, vaxt var idi sizdən: – Niyə taxıl əkmirsiniz? – deyə soruşanda:

– Eh, nəyimə lazımdı, minbir əziyyətlə arxı, kanalı dağıdılmış sahəyə taxıl əkəm, susuzluqdan quruya, ya da toxumu məhsuldar olmaya. Sonda da heç bir məhsul götürə bilməyəm.
– Zəmanəyə görə sən haqlı idin. Amma indi...
– Elə indi də mən haqlıyam. Torpağın əkilib-becərilməsindən tutmuş son məhsulunadək hərtərəfli qayğı ilə əhatə olunmuşuq. Taxıl əkini sahəsinin hər hektarı üçün sərf olunan yanacaq və motor yağına görə 50 manat subsidiya verilir, 70 faiz güzəştli qiymətlə mineral gübrə ilə təmin olunuruq. Yetişdirilən taxılın vaxtında və itkisiz toplanması da yüksək səviyyədə təşkil olunub.
“Naxçıvan Aqrolizinq”dən, özü də 40 faiz güzəştlə aldığımız kənd təsərrüfatı texnikaları ilə əkin-biçin aparılır. Əkilən toxumun, yetişdirilən taxılın bir dəni də itkiyə getmir. Qaldı toplanan taxılın satışına, o məsələ də öz həllini tapıb. Özü də çox yüksək səviyyədə. Buğdanın hər kiloqramını 30 qəpikdən təhvil veririk “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə. Yəni istər əkin-biçinin vaxtında aparılmasına, istərsə də məhsulun satışına hər cür şərait yaradılıb. Elə buna görə də hər bir kəndli əkin-biçinlə məşğul olur, sahələrdən yaxşı da məhsul götürülür. Bütün bunları deməkdə bir məqsədim var, o vaxt şəraitsiz bir zaman idi, torpağı əkmirdik yox, əkə bilmirdik, haqlı idik. İndi isə həmin torpaqları əkirik. Bəhrəsini də görürük, dolanışığımızı qururuq, – deyən Adil kişi tanıdığı adam kimi:
– Düz demirəm, qardaşoğlu? – deyib əlini çiynimə qoydu.
– Düz sözə nə deyəsən, ağsaqqal.
Torpaq mülkiyyətçiləri ilə xudahafizləşdim. Amma bu zəhmət adamının sözləri yadımdan çıxmadı.
Qış fəslinin ilk günləri idi. Yenə Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksinə yollandım. Maraqlısı bu idi ki, Adil kişi ilə yenə burada qarşılaşdıq:
– Adil əmi, xeyirdir inşallah, bu qışın günü yenə taxıl gətirmisiniz?
–Yox, ay oğul. İndi də yayda verdiyimiz taxılın hazır məhsulunu almağa gəlmişik.
–Başa düşmədim.
– Burada başa düşməməli nə var ki. Biz əkinçiliklə yanaşı, həm də heyvandarlıqla, quşçuluqla məşğul oluruq. Yaxşı ətlik-südlük cins mal-qaramız var. Bu müəssisədə də neçə ildir ki, həm ətlik, həm südlük, həm də quşçuluq üçün yaxşı, keyfiyyətli yem istehsal olunur. Biz də bu yemdən alıb təsərrüfatımızı genişləndirir, bazara ət, süd, qatıq, qaymaq çıxarırıq. Niyə şəhər əhalisi bu məhsulları xaricdən almalıdır? Öz bazarımıza özümüz sahib olmalıyıq, özü də təbiiliyi, dadı, tamı ilə seçilən Naxçıvan məhsullarımızla. Elədir, jurnalist qardaş? – deyib əlini yuxarı qaldırdı. İstər-istəməz qızmar yay günündə elə bu müəssisənin qarşısında Adil kişinin “zindan əli” ilə çiynimi “oxşamasını” xatırladım. Elə bu səbəbdən də bu dəfə tədbirli oldum. Zərbədən yayınmaq üçün iki metr kənara çəkildim.
– Elədir, Adil əmi, çox düzgün buyurursunuz.
Elə bu vaxt müəssisədən çıxan yük avtomobilinin sürücüsü:
– Ay ata, gedək? – deyə səsləndi.
– Nə tez yüklədilər? Quş yemi də götürdün?
– Bəli, həm südlük, ətlik, həm də quş üçün qüvvəli yem götürdüm.
– Ay sağ ol. Belə oğuldan kim inciyər, – deyən Adil kişi bizimlə xudahafizləşib maşına tərəf yollandı.
Biz də “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” MMC-yə üz tutub istehsal prosesi ilə tanış olduq.
Məlumat üçün qeyd edək ki, muxtar respublikamızda strateji əhəmiyyətli məhsula – taxıla olan tələbatın daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib. Taxılçılıqda yeni, səmərəli toxum materialının tədarükü, becərmənin yüz faiz mexanikləşdirilməsi, gübrə normalarının tətbiqi, növbəli əkin dövriyyəsi, suvarmaların şırım üsuluna keçirilməsi məhsul istehsalının artımına səbəb olub. Təkcə bir faktı qeyd edək ki, 2016-cı ildə 31 min 579 hektar sahədən 94 min 117 ton taxıl tədarük edilib, hektardan məhsuldarlıq 29,8 sentner olub. 2017-ci ilin bol məhsulunun əsası ötən ilin payızında qoyulub, 17 min 465 hektar sahədə buğda, 5035 hektar sahədə arpa olmaqla, ümumilikdə, 22 min 500 hektar sahədə payızlıq taxıl əkini keçirilib, suvarma suyuna olan tələbat vaxtlı-vaxtında ödənilib.
Muxtar respublikamızda taxılçılığın inkişafı, istehsalın artırılması belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini yaradıb, “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilib. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, torpaq mülkiyyətçilərinin istehsal etdiyi taxılın alıcı sarıdan heç bir problemi yoxdur. Muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlardan buğdanın hər kiloqramı 30 qəpikdən alınır ki, bu da taxılçılığa olan marağın daha da artmasına səbəb olur.
Strateji əhəmiyyətli məhsulun tədarük olunub keyfiyyətlə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər cari ildə də diqqət mərkəzində saxlanılıb. Hazırda Naxçıvan şəhərində “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleksin inşası davam etdirilir. Burada toxum, qüvvəli yem və xammal anbarları istifadəyə veriləcəkdir. Əvvəllər dəyirman kimi istifadə olunan bu ərazidə hər birinin tutumu 500 ton olan 48 bunker vardır. Təmir işlərindən sonra bunkerlər toxumun keyfiyyətlə və uzun müddətə saxlanılmasına imkan verəcəkdir.
“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” MMC-də taxılın tədarük olunub saxlanılması ilə yanaşı, istehsalına da əlverişli şərait yaradılıb, yeni un dəyirmanı istifadəyə verilib. ­Gündəlik istehsal gücü 200 ton un olan dəyirmanda müasir texnoloji avadanlıqlar quraşdırılıb. Ayrı-ayrı sahələrdə olduğu kimi, un istehsalı sahəsində də regionumuzun perspektiv inkişafı nəzərə alınıb, un tələbatı 65 min tona yaxın olan muxtar respublikamızda illik istehsal gücü 73 min ton olan yeni un dəyirmanı yaradılıb. Bu dəyirman işlərin kompleks şəkildə həyata keçirilməsinə imkan verir. Belə ki, həm taxıl tədarük edilərək ehtiyat yaradılır, həm də un istehsal olunaraq muxtar respublika əhalisinin una, çörəyə olan tələbatı ödənilir.
Müəssisədə fəaliyyət göstərən dəyirmanın keyfiyyətli taxılla təmin olunmasına hər cür şərait yaradılıb. Dəyirmanda üyüdülən buğdadan 78 faiz un, 22 faiz kəpək alınır. Sifarişə uyğun olaraq əla, I növ və qara un istehsal edilən dəyirmanda insan orqanizmi üçün vacib elementlərlə zəngin olan yeni çeşiddə kəpəkli un da istehsal olunur. Hazır məhsullar 1, 2, 5, 25 və 50 kiloqramlıq kisələrdə “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır.
“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişafında mühüm rol oynayıb.
Qarışıq qüvvəli yem istehsalı sahəsində Almaniya və Türkiyədən alınan, istehsal gücü saatda 3 ton olan müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 10 ton olan 4 ədəd bunker quraşdırılıb. Burada müxtəlif çeşiddə ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quş yemləri istehsalına başlanılıb. Lakin müəssisədə istehsal edilən qarışıq qüvvəli yem muxtar respublikamızda bu məhsula olan illik tələbatın 40 faizini ödəyirdi. Həmin məhsula olan tələbatın 100 faiz yerli istehsal hesabına ödənilməsi üçün dövlət maliyyə dəstəyi ilə qısa zaman ərzində Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 20 ton xammal olan 9 bunker quraşdırılıb.
Onu da qeyd edək ki, muxtar respublikada ətlik-südlük heyvandarlıq və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının illik qüvvəli yemə olan tələbatı 70 min tona yaxındır. Bunun 50 min tonu ətlik-südlük heyvandarlıq, 20 min tonu isə ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının payına düşür. Bu müəssisənin istifadəyə verilməsi ilə qüvvəli yemə olan tələbat 100 faiz ödənilib, idxaldan asılılıq tamamilə aradan qaldırılıb.
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə keyfiyyətli məhsul istehsalı həyata keçirilir. Qarışıq yem istehsalı sahəsində xammal kimi taxıl emalı müəssisəsində istehsal zamanı əldə olunan yarımfabrikatlardan da istifadə olunur. Ayrı-ayrı mərhələlərdən keçməklə hazırlanan 4 çeşiddə məhsul 50 kiloqramlıq kisələrdə “Bərəkət” tanıtım nişanı ilə satışa çıxarılır.
Əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi, idxaldan asılılığın azaldılması, yerli resurslardan səmərəli istifadənin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər ötən il də uğurla davam etdirilib, “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində yarma istehsalı sahəsi istifadəyə verilib.
Yeni istehsal sahəsinin yaradılmasına Sahibkarlığa Kömək Fondundan 250 min manat, müəssisənin daxili imkanları hesabına 140 min manat olmaqla, ümumilikdə, 390 min manat vəsait sərf olunub. Sərf olunan vəsaitin 314 min manatı avadanlıqların alınmasına, 76 min manatı istehsal sahəsinin tikinti-quraşdırma işlərinə yönəldilib. Ümumi sahəsi 576 kvadratmetr olan müəssisədə son texnoloji nailiyyətlərə əsaslanan Türkiyə Respublikası mənşəli avadanlıqlar quraşdırılıb. Saatda istehsal gücü 600 kiloqram olan yarma istehsalı sahəsində yüksəkkeyfiyyətli məhsul istehsalına əlverişli şərait yaradılıb. İstehsal olunan 3 çeşiddə yarma məhsulu 800 qram və 3 kiloqramlıq polietilen paketdə, 25 kiloqramlıq kisədə “Bərəkət” tanıtım nişanı ilə satışa çıxarılır. Onu da qeyd edək ki, indiyə kimi bu məhsula olan tələbat tamamilə idxal hesabına ödənilirdi.
İstehsal edilən məhsulların daxili bazarda rəqabətədavamlı­lığının təmin edilməsi əsas hədəflərdəndir. Müəssisə tərəfindən istehsal olunan yarma məhsulu analoji idxal məhsulunun keyfiyyət göstəriciləri ilə müqayisədə daha yüksəkdir. Hazırda istehsal edilən məhsulun tanıdılması ilə əlaqədar tədbirlər davam etdirilir. İstehsal olunan yarma məhsulunun gələcəkdə xarici bazara ixrac olunması nəzərdə tutulur.

 Kərəm Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2595046
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
731
4843
731
87832
2595046

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter