30 May 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində “Gündəlik həyat fəaliyyətinin təmin edilməsi, yanğınsöndürmə xidmətinin təşkili və aparılması” mövzusunda nümunəvi məşğələ keçirilib.

Məşğələnin əsas məqsədi növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə xidmətin təşkili və aparılması, növbələrin dəyişdirilməsi, şəxsi heyətin peşə hazırlığı səviyyəsini artırmaq məqsədilə yanğın xilasetmə hazırlığı üzrə normativləri yerinə yetirmək bacarıqlarını təkmilləşdirməkdən ibarət olub.

Məşğələnin planına uyğun olaraq, ilk növbədə, növbətçi yanğınsöndürmə xidmətlərinin görməli olduqları işlər ardıcıl şəkildə məşq etdirilib, fiziki idman hazırlığı üzrə çalışmalar yerinə yetirilib, şəxsi heyətdən yanğın xilasetmə hazırlığı üzrə normativlərin təlimata uyğun qəbul olunması təmin olunub. Daha sonra növbətçi yanğınsöndürmə xidməti rəisləri tərəfindən xidməti sənədlərin işlənilməsi, radiorabitə vasitələri ilə danışıq qaydaları, şəxsi heyətin “Həyəcan” siqnalı ilə çağırış qaydaları və radiotelefonçulara aid sənədlərin işlənilməsi əyani şəkildə şəxsi heyətə çatdırılıb. Təlimdən və yanğından sonra yanğınsöndürmə avtomobillərinə, yanğın-texniki vasitələrə texniki qulluğun göstərilməsi, yol vərəqlərinin düzgün doldurulması üzrə aidiyyəti vəzifəli şəxslərin vəzifə borclarının yerinə yetirilməsi qaydası şəxsi heyətə öyrədilib. Yekunda maddi vəsaitlərin uçotunun, aylıq, rüblük və illik üzləşmələrin, həmçinin anbara mədaxil və məxaric olunan əşya-əmlakların qeydiyyatının aparılması üzrə anbar rəislərinin nəzəri bilikləri təkmilləşdirilib.


Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR