29 Mart 2020, Bazar

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən komanda-qərargah təliminə ümumqoşun birləşmə və hissələrinin qərargahları ilə birgə gücləndirmə vasitə və qüvvələrinin əməliyyat qrupları da cəlb edilib.

Təlimdə qərargahlar tərəfindən yeni döyüş təlimatlarının müddəalarının tələblərinə uyğun hesablamalar aparılaraq, qəbul olunan qərarlara əsasən praktik fəaliyyətlərə cəlb edilən qüvvələrin fəaliyyətləri qiymətləndirilib.
Qoşunların cəmləşmə rayonlarında, atəş və start mövqelərində yerləşməsi, eləcə də döyüş fəaliyyətlərinin gedişi zamanı aviasiya və raket-artilleriya zərbələrinin endirilməsi üçün müvafiq bölmələrin çağırılması və ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyəti praktik olaraq məşq etdirilib.
Ümumqoşun, raket-artilleriya, hava hücumundan müdafiə və digər qoşun növü bölmələrinin məhdud görmə şəraitində yerdəyişməsi həyata keçirilib, bir istiqamətdən digərinə hərəkət zamanı manevretmə qabiliyyətləri və aparılan hesabatların reallığı yoxlanılıb.
Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində hər iki tərəfin fəaliyyəti, qərarların və apardıqları hesablamaların reallığı kompüterlər üzərində keçirilən təlimdə qiymətləndirilib.
Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib. Təlimə cəlb olunan birləşmə və hissələrin komandir və qərargahlarının fəaliyyətləri qiymətləndirilərək aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.

Nəriman NƏCƏFOV

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR