03 İyul 2020, Cümə

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası ən müasir avadanlıqlarla yüksəkkeyfiyyətli xidmət göstərir. Qeyd etmək yerinə düşər ki, keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi məqsədilə Mərkəzi Qida Sınaq Laboratoriyasının Beynəlxalq Akkreditasiyadan keçirilməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, beynəlxalq akkreditasiya qurumu tərəfindən cəmiyyətdə monitorinqlər aparılmaqla akkrreditasiyanın müddəti 2023-cü ilədək uzadılıb.

Ardını oxu...

İyunun sonunda TANAP-la Türkiyəyə göndərilən Azərbaycan təbii qazının həcmi 6 milyard kubmetrə çatacaq.

Bu barədə TANAP şirkətinin baş direktoru Saltuk Düzyol deyib.

O bildirib ki, 2018-ci il iyunun 30-dan TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanılıb və birinci il 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili cari il iyunun 30-da bitəcək və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatacaq. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq. Azərbaycan təbii qazını Avropaya nəql edəcək və TANAP-a birləşdirilən TAP kəmərinə sınaq məqəsdilə 21,4 milyon kubmetr qaz vurulub.

Ardını oxu...

İyunun 11-də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən 217 Azərbaycan vətəndaşı çarter reysi ilə Nyu-Yorkdan Bakıya gətirilib.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,44 dollar geriləyərək 40,29 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,61 dollar ucuzlaşaraq 37,99 dollar təşkil edib.

 

 

 

Azərbaycanın incisi, Naxçıvanın dilbər guşəsi olan Ordubad qədim tarixi və mədəniyyəti, zəngin ənənələri ilə diqqəti cəlb edir. Bir dəfə bu füsunkar diyarda olarkən qocaman çinarların əhatə etdiyi qədim Qeysəriyyə binasına üz tutdum. Bildiyiniz kimi, bu tarixi tikilidə hazırda Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. Muzeydəki minlərlə tarix-mədəniyyət nümunələri sırasında bəzi eksponatlar bir çox cəhətdən diqqətimi cəlb etdi. Hansı ki indi onlardan biri haqqında sizə məlumat verəcəyik.

Ardını oxu...

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR