15 Noyabr 2019, Cümə

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2019-cu ilin yanvar-sentyabr aylarında da davam etdirilmiş, yüksək nəticələr qazanılmışdır.
Əldə olunmuş uğurların davamlılığının qorunub saxlanılması və artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.
İnkişafı xarakterizə edən əsas göstərici kimi bəhs olunan dövrdə ümumi daxili məhsul istehsalı 2 milyard 61 milyon 771 min manata yaxın olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 4508 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,8 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 56,4 faiz təşkil etmişdir.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1,3 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,4 faiz, kənd təsərrüfatı məhsulu 4,1 faiz, nəqliyyat sektorunda yük daşınması 2,4 faiz, informasiya və rabitə xidmətləri 2,7 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-avqust ayları göstəricisi

Sənaye

Muxtar respublikada son illər həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.

Ardını oxu...

“Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş” imzalanacaq.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar geriləyərək 58,90 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar ucuzlaşaraq 53,20 dollar təşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 2018-ci illə müqayisədə 0,5 faiz artaraq 9 milyard 193,7 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında məlumat verilir.

Bildirilir ki, hesabat dövründə ölkənin ixrac qabiliyyəti 11,1 faiz artaraq 2 milyard 719,2 milyon dollar, idxal isə 3,3 faiz azalaraq 6 milyard 747,5 milyon dollar olub. Hesabat dövründə Azərbaycan yenə də Gürcüstanın ticarətdə əsas tərəfdaşları sırasında qabaqcıl yerlərdən birini tutub.

Yanvar-sentyabr aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 754 milyon 855,6 min dollar olub. Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycanın payı 8,2 faiz təşkil edib.

Ardını oxu...

Bu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan məhsulların 16,1 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 8 ayda idxalın 44,9 faizini avtomobil, 31 faizini hava, 5,5 faizini isə dəniz nəqliyyatı ilə gətirilən yüklər təşkil edib.

AZƏRTAC

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR