03 İyul 2020, Cümə

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar artaraq 41,91 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,37 dollar bahalaşaraq 39,21 dollar təşkil edib.

Mühüm strateji məhsul olan taxıl istehsalının həcmi Kəngərli rayonunda da ildən-ilə artırılır. Cari ilin məhsulu üçün rayonda 3 min 250 hektar sahədə payızlıq buğda, 2 min 597 hektarda isə payızlıq arpa, bu ilin yazında isə 58 hektarda yazlıq arpa əkilib. Beləliklə, 2020-ci ildə biçin keçiriləcək taxıl zəmiləri 5 min 905 hektara çatdırılıb. Bu isə cari ildə buğda və arpa istehsalının ötən ildəkindən daha çox olacağına zəmanət verir. Ötən dövrdə taxıl əkilən sahələr əvvəlcədən mineral və üzvi gübrələrlə zənginləşdirilib, becərmə tədbirləri və suvarma vaxtlı-vaxtında aparılıb, nəticədə, sahələrdə bol məhsul yetişdirilib.

Ardını oxu...

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur bu gün müasir Azərbaycan rayonudur. Rayon mərkəzi olan Şərur şəhəri, bölgənin kəndləri füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrələrini verib. Kənd yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb. Həmin ünvanlarda sahibkarlıq obyektləri fəaliyyətə başlayıb. Bu isə yeni iş yerlərinin açılmasına, insanların məşğulluğunun təmin olunmasına imkan verib. Turizm potensialından düzgün istifadə üçün tədbirlər reallaşdırılıb. Həyatın bütün sahələrində qazanılan uğurlar getdikcə artmaqdadır.

Ardını oxu...

Son illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı aparılan uğurlu dövlət siyasətinin tərkibində meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi ilə bağlı ardıcıl olaraq qəbul edilmiş Dövlət proqramları da var. Məlumdur ki, qədim diyarımızda təsərrüfatçılıq ənənələri özünəməxsusluğu ilə tarixən seçilib və keçmişdən bu günədək hər iki sahə yerli əhalinin əsas məşğuliyyət sahələrindən olub. Buna görə də meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramları muxtar respublikada əhalinin ənənəvi əkinçilik sahələri ilə məşğulluğunun təmin edilməsini, eyni zamanda muxtar respublikanın sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanmasının əsasını qoyub.

Ardını oxu...

Ölkədə koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsində insanların kütləvi toplanış və təmas yerlərinin, eləcə də bununla əlaqədar olan işlərin, proseslərin minimallaşdırılması tədbirləri həyata keçirilir və bu tədbirlərin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən də daimi əsasda müvafiq addımlar atılır.

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, bankların filial və şöbələrində, eləcə də bankomatların qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımları üzrə istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının istifadə müddətinin sentyabrın 30-dək artırılması üçün AMB tərəfindən müvəkkil banklara müraciət olunub. Həmin müraciət müvəkkil banklar tərəfindən təmin olunaraq müvafiq ödəniş kartlarının istifadə müddəti avtomatik olaraq uzadılıb.

Ardını oxu...

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR