20 Noyabr 2019, Çərşənbə

Ölkəmizdə təhsilin inkişafı sahəsində mövcud ənənələrin milli məqsədə yönəldilməsi, bu ənənələrin müasir dövrün tələbləri səviyyəsində inkişafı  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Bizim gördüyümüz işlər, təhsil sahəsində həyata keçirdiyimiz islahatlar Azərbaycan dövlətini daha da yüksəltməyə yönəldilibdir”, – deyən görkəmli dövlət xadiminin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının təməlini yaradıb, müstəqillik illərində isə təhsillə bağlı daha geniş islahatlar həyata keçirilib, Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,46 dollar artaraq 62,83 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,45 dollar bahalaşaraq 57,58 dollar təşkil edib.

AZƏRTAC

Bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılıb. Hər il sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlar qəbul olunur, müvafiq sərəncamlar imzalanır. Həmçinin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq istehsal müəssisələri dövlət tərəfindən özəlləşdirilərək sahibkarlara verilib. Bu da sahibkarlar sinfinin formalaşmasına və onların səmərəli fəaliyyət göstərməsinə geniş imkanlar açır. Bir sözlə, dövlət-sahibkar münasibətləri, sahibkarların fəaliyyətinin tənzimlənməsi sahəsində görülən işlər ölkəmizin dayanıqlı inkişafını təmin edir. Belə sahibkarlıq subyektlərindən biri də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində istilik panelləri və dam örtükləri istehsalı müəssisəsidir.

Ardını oxu...

Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri Kəngərli rayonunu da əhatə edib. Hazırda rayonun Böyükdüz kəndində kompleks quruculuq işləri aparılır.
Belə ki, kənddəki 342 şagird yerlik ikimərtəbəli məktəb binasında işlər artıq yekunlaşmaq üzrədir. Yenidənqurma zamanı məktəbin əvvəlki binasında əsaslı təmir işləri aparılmaqla yanaşı, gələcək perspektiv nəzərə alınaraq bura yeni korpus da əlavə olunub. Yeni korpusda sinif otaqları, laboratoriya və fənn kabinələri, psixoloq və şahmat otaqları, kitabxana olacaq. Bundan əlavə, tikilən yardımçı binada bufet, qazanxana və sanitar qovşaqları yerləşəcək. Buradakı boş ərazidə açıq idman qurğuları da quraşdırılacaq.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR