07 Dekabr 2021, Çərşənbə axşamı

 

Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”navə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasənNaxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib.

 Təlimin döyüş atışlı mərhələsindən əvvəlƏlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev, Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgənci və müxtəlif qoşun növü komandirləri silahlanmaya yeni qəbul edilən hərbi-texniki vasitələrə baxıblar, səhra şəraitində müasir cihaz və avadanlıqlarla təmin edilmiş döyüşü idarəetmə məntəqəsi ilə tanış olublar. 

Təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat-taktiki təliminə Əlahiddə Ümümqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Türkiyə Silahlı Qüvvələrinin bölmələri cəlb edilib. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsi,yaradılmış birgə qərargahlarda əməliyyatların planlaşdırılması, bölmələrin vahid mərkəzdən idarə olunması, bölmələrlə qərargahlar arasındaqarşılıqlı əlaqənin və qoşunların hərtərəfli təminatının təşkili üzrə suallar işlənilib.

Planlatanışlıqdansonratəlimə start verilib.

Təliminssenarisinəəsasənxüsusitəyinatlıhəmləqruplarıdüşmən müdafəsinin ön xəttindəkihakim yüksəklikləri ələ keçirir.

Hücumun dərinliyə inkişaf etdirilməsi və düşmən ehtiyatlarının fəaliyyətinin məhdudlaşdırılması məqsədi ilə paraşütlə hava desantıatılır.

Mövqelərini gücləndirmək üçün hərəkətdə olan şərti düşmənin ehtiyat bölməsi həmlə qrupumuz tərəfindən pusquya salınır və düşmənə məxsus zirehli transportyorlar bölmələrimiz tərəfindən qənimət kimi götürülərək əməliyyat rayonundan çıxarılır.

Hücum edən qoşunlarla birgə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bölmələri dövlət sərhədində düşmənin diversiya-kəşfiyyat qruplarının dağıtdığı əraziləri bağlayır, azad olunmuş ərazilərdə dövlət sərhədinin müdafiə və mühafizəsinitəmin edir.

Naxçıvan Qarnizonu Qoşunlarının vəTürkiyə Silahlı Qüvvələrinin komando birliklərinin tərkibində fəaliyyət göstərən snayper qruplarıdüşmən müdafiəsinin ön xəttində və yaxın dərinliyində tək hədəfləri aşkarlayaraq məhv edir.

Hakim yüksəklikdə yerləşən düşmənin dairəvi müdafiə qovşaqlarının ələ keçirilməsi üçün xüsusi həmlə qrupları düşməni məhv edir, qənimət kimi əldə edilmiş tank əleyhinə dəzgahlı qumbaraatanların və hava hücumundan müdafiə vasitələrinin atəşləri ilə digər mövqedə yerləşən düşmən bölmələrini zərərsizləşdirir vəən aşağı hündürlükdə uçan düşmən aviasiyasının hücumlarını dəf edir.

Hücum edən qoşunların irəliləməsini təmin etmək üçün Əlahiddə Ümumqoşun Ordunun raket və artilleriya bölmələri tərəfindən düşmənin müdafiə dərinliyindəki ehtiyatlarına, dağ silsilələrində yerləşən taqım və bölük dayaq məntəqələrinə zərbələr endirilir.                                              

Tank və piyadanın döyüş maşınlarından ibarət taktiki qruplar raket və artilleriya bölmələrininatəş basqınından yararlanaraq dağlıq şəraitdə düşmənin ön xəttindəki atəş vasitələrini məhv edir,hücum edən bölmələrimizirəlilədikcə yeni atəş mövqelərinə yerdəyişməni həyata keçirir.

Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi hazırlıqlı heyətlərindən və Türkiyə Silahlı Qüvvələrinin komando birliklərinin tərkibindən ibarət hücum qrupu zirehli transportyorların atəş dəstəyi ilə yaşayış məntəqəsinindüşməndən təmizlənməsi fəaliyyətlərini yerinə yetirir.

Yaşayış məntəqəsində döyüşlər zamanı yaralılara ilk tibbi yardım göstərilərək helikopter vasitəsilə təxliyə edilir vəeyni zamanda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin struktur qurumlarının xilasedici alpinistlərindən ibarət təxliyə qrupları dağlıq ərazidən yaralıların təxliyəsini həyata keçirir. Yaralıların təxliyəsini həyata keçirən helikopterin mühafizəsini təşkil edən digər iki helikopter düşmənin dağ silsilələrində yerləşən bölük dayaq məntəqələrinə atəş zərbələri endirir.

Döyüşün müsbət dinamikasından yararlanan xüsusi təyinatlı qruplaryüksək dağlıq və sərt qayalıq ərazilərdə düşmən müdafiəsinin yaxın dərinliyində yerləşən mövqeləri,dağ silsiləsi boyunca hakim yüksəklikləri ələ keçirir və taktiki qrupların hücumunun inkişaf etdirilməsinə əlverişli şərait yaradır.

Bölmələrimizin hücumunu dəstəkləmək üçün düşmənin yaxınlaşmaqda olan ehtiyatlarına və dərinlikdəki hədəflərinə döyüş təyyarələri ilə ən aşağı hündürlükdə zərbələr endirilir.

 “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bölmələri dövlət sərhədi boyu hakim yüksəklikləri düşmən bölmələrindən azad edir,Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlılarından ibarət qruplar tərəfindən mağaralarda gizlənən düşmən qrupları aşkar edilərək zərərsizləşdirilir.

Azad olunmuş ərazilərdə qoşunların hərtərəfli təminatını həyata keçirmək üçün pirotexniki taqımhərəkət yollarında keçidlərin açılmasını, partlamamış sursatların axtarışını və zərərsizləşdirilməsini yerinə yetirir, yanğından mühafizə taqımı azad edilmiş yaşayış məntəqəsində yanğınların lokallaşdırılması və söndürülməsi fəaliyyətini icra edir.

Düşmənin darmadağın edilməsinin başa çatdırılması vəhücum edən qoşunların dəstəklənməsi məqsədi ilə əraziyə taktiki hava desantı endirilir,ələ keçirilmiş dağ aşırımının ən yüksək zirvəsindənAzərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarıasılır.

 Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları, eləcə də kanatla desantın daşınması nümayiş etdirilir.

Təlimdən sonra şəxsi heyətlə görüş olub.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevvə Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgəncişəxsi heyəti salamlayıblar.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev birgə təlimin döyüş atışlı mərhələsinin uğurla başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təbrikini şəxsi heyətə çatdırıb.

General-polkovnik Kərəm Mustafayev qeyd edib ki, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”, – fikirlərinə əsaslanan ikitərəfli münasibətlərimiz bu gün ölkə Prezidentləri tərəfindən uğurla davam etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir. 44 günlük Vətən Müharibəsində Türkiyənin Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstək hər bir vətəndaşımızı qürurlandırır. Hər iki ölkənin Silahlı Qüvvələrinin məqsədi bölgədə sülhə və əmin-amanlığa nail olmaq, bir-birinə dəstək verməkdir. 2013-cü ildən Naxçıvandan başlayaraq davam edən və bu gün izlədiyimiz birgə taktiki təlimlər hərbi sahədə genişmiqyaslı əməkdaşlığımızın bariz nümunəsidir. Bu günkeçirilən birgə təlimdə də dünyada bənzəri olmayan qardaşlıq münasibətlərinə malik olan hər iki dövlətin ordularının şəxsi heyəti yüksək peşəkarlıq, döyüş əzmivəsarsılmaz qardaşlıq nümayiş etdirdi.

Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgənci 44 günlük Vətən Müharibəsində qazanılan qələbə münasibətilə hərbçilərimizi təbrik edərəkbirgə təlimlərin Türkiyə-Azərbaycan qardaşlığının daha bir ifadəsinə çevrildiyini qeyd edib. Təlim zamanı tapşırıqların yüksək peşəkarlıqla icrası nəticəsində hədəflərin sərrast atəşlə məhv edildiyinideyən Türkiyə Respublikasının 3-cü Ordu Komandanı birgə təlimin keçirilməsinə göstərilən diqqətə görə minnətdarlıq edib.

Təlimdə fərqlənən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıb və şəxsi heyətlə xatirə şəkli çəkdirilib.

Sonda şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarını səsləndirib.  

Nəriman Nəcəfov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR