07 Dekabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alan Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüş təşkil olunub. 

Gənclərin Vətənə bağlılıq, dövlətçiliyə sədaqət hisslərinin yüksəldilməsi baxımından belə tədbirlərin müstəsna əhəmiyyətə malik olduğunu deyərək tədbirin açılışını edən institutun rektoru, dosent Azad Novruzov bildirib ki, hazırda ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında gənclər siyasəti uğurla davam etdirilir. Elm, təhsil, mədəniyyət, incəsənət, idman və digər sahələrin inkişafı istiqamətində atılan addımlar nəticəsində istedadlı gənc kadrlar formalaşıb. İnstitutumuz da bu cür diqqət və qayğıdan kənarda qalmayıb. Belə ki, maddi-texniki bazası, təhsil mühiti və bir çox meyarına görə Naxçıvan Müəllimlər İnstitutu son dövrlər qabaqcıl təhsil ocağı kimi öz mövqeyini daha da gücləndirib. Göstərilən diqqət və qayğı, yaradılan şərait onu deməyə əsas verir ki, gələcək istiqamətlər üzrə işlər uğurla davam etdiriləcək.

Gənclər və idman naziri Ramil Hacı çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Bu siyasi xəttin uğurla davam etdirilməsi sayəsində ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Dahi şəxsiyyətin ölkəyə rəhbərliyi dövründə aparılan ordu quruculuğu sayəsində dövlət başçısı cənab İlham Əliyevin başçılığı ilə, bu sahədə yetişdirilən təcrübəli zabit heyəti vətənpərvər gənclər şanlı qələbədə böyük pay sahibi oldular. Nazir qeyd edib ki, muxtar respublikamızda da ümummilli liderin təməlini qoyduğu dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi, yüksək səviyyədə təhsil alması, cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov çıxış edərək bildirib ki, 90-cı illərdə müstəqilliyimizin böyük təhlükə ilə üz-üzə qalmağına baxmayaraq, ulu öndər Heydər Əliyevin ali xilaskarlıq missiyası ölkəni mürəkkəb vəziyyətdən çıxardı. Ölkəmizdə yeni siyasi era – inkişaf yolunun əsası qoyuldu. Ümummilli lider gənc milli kadrların hazırlanması işinə xüsusi önəm verərək onları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Həmin gənclərin savadlı və istedadlı fərd kimi formalaşması üçün müxtəlif nüfuzlu elm ocaqlarında təhsil almaları, önəmli mövqelərdə dövlətə, xalqa xidmət etmələrinə bilavasitə kömək oldu.
Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 41 faizə yaxını gənclərdən ibarətdir. Dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirən gənc partiya üzvləri ölkənin inkişafı yolunda əzmlə çalışır, onlara bəslənilən ümidləri doğruldaraq müxtəlif sahələrdə uğurlu işlər icra edirlər.
Gənc partiya üzvləri adından Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi, Bəhriyyə Əhmədova gənclərə yaradılan şərait və karyera istiqamətləri barədə danışıb. Sonra İnstitutun Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan tələbələrinə üzvlük vəsiqələri və ali təhsil müəssisəsinin ictimai işlərində fərqlənən gənclərə nazirliyin diplom və qiymətli hədiyyələri təqdim olunub. Tədbir Naxçıvan Müəllimlər İnstitutu tələbələrinin hazırladığı vətənpərvərlik mövzusunda mahnı və şeirlərdən ibarət bədii hissə ilə davam edib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR