17 Oktyabr 2021, Bazar

2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsində keçirilən tədbirdə publik hüquqi şəxsin direktoru Əli Hüseynəliyev çıxış edib. Bildirib ki, Ali Məclis Sədrinin 2021-ci il 2 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin və Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin əsasında “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxs yaradılıb. Bu yenilik bu sahənin əməkdaşlarını daha səylə işləməyə, intizamı möhkəmləndirməyə, xidmətin səviyyəsini yüksəltməyə sövq edir.


Vurğulanıb ki, qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə, eləcə də 2021-2022-ci illərin payız-qış mövsümünü qüsursuz başa vurmaq üçün hazırlıq işlərinə başlanılıb. İlk olaraq payız-qış mövsümünə hazırlıq və texniki müayinə komissiyalarının fəaliyyəti əlaqələndirilib, bütün sahələrə nəzarət gücləndirilib. Payız-qış mövsümünə hazırlıq komissiyası Sədərək rayonunun Sədərək, Şərur rayonunun Havuş, Şahbulaq, Yuxarı Yaycı, Babək rayonunun Gərməçataq, Yuxarı Buzqov, Ordubad rayonunun Unus, Tivi, Parağa, Şahbuz rayonunun Ağbulaq kimi ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahibkarları ilə görüşərək mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində onlara lazımi köməklik göstərilib.
Qeyd edilib ki, şəhərdaxili marşrut avtobusların, mikroavtobusların və taksi minik avtomobillərinin mövsümlə əlaqədar yarana biləcək problemlərinin həll edilməsi məqsədilə mexanik və çilingərlərdən ibarət təmir briqadası təşkil olunub, mövsüm ərzində qarşıya çıxacaq hər hansı nasazlığı vaxtında aradan qaldırmaq üçün təmir sexləri hazır vəziyyətə gətirilib, sərnişinlərə keyfiyyətli nəqliyyat xidməti göstərilməsi üçün lazımi şərait yaradılıb.
Bildirilib ki, payız-qış aylarında avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, avtobusların sürət həddinə və hərəkət cədvəlinə nəzarət olunması məqsədilə 57 nəqliyyat vasitəsinə GPS monitorinq izləmə sistemi quraşdırılıb. Beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların da fəaliyyəti diqqət mərkəzində saxlanılıb, İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda işləyən avtobusların mövsüm ərzində fasiləsiz fəaliyyət göstərməsini təmin etmək üçün texniki müayinələr aparılıb, zəruri təmir işləri vaxtlı-vaxtında həyata keçirilib, həmin avtobusların ön şüşəsi dəyişdirilib. Avtovağzalların da fəaliyyəti diqqət mərkəzində saxlanılıb, balanslarında olan tikililərin, yaşıllıq ərazilərinin yüksək səviyyədə saxlanılması və sərnişinlərə xidmətin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülüb.
Sonra məruzə ətrafında çıxışlar olub, qarşıda duran vəzifələr barədə tapşırıqlar verilib.

 Nail ƏSGƏROV

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR