22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi iyul ayında da fəaliyyətini qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində qurmuşdur. Bu dövrdə vətəndaşlar arasında hüquqi-maarifləndirmə tədbirləri diqqətdə saxlanılmış, profilaktikaya geniş yer verilmişdir. Ay ərzində aparılan maarifləndirmə işləri nəticəsində əhalidən 3 avtomat, 1 tapança, 2 qaz tapançası, 8 ov, 3 tir silahı, 1 əl qumbarası, 1 beşbarmaq, 5 xəzinə, 1068 döyüş sursаtı götürülmüşdür.


İyul ayında polis sahə inspektorları da üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşaraq mülki hüquqi öhdəliklərin icrasından yayınan 6 nəfər barəsində axtarış işi açmış, həmin şəxslər tutularaq açılma göstəricisi 100 faiz təşkil etmişdir.
Nazirliyin Dövlət Yol Polisi İdarəsi tərəfindən 630 sürücülük vəsiqəsi, 233 dövlət qeydiyyat nişanı, 635 qeydiyyat şəhadətnaməsi verilmiş, 46 nəqliyyat vasitəsinin ilkin, 552 nəqliyyat vasitəsinin təkrar qeydiyyatı aparılmışdır. Həmçinin ay ərzində ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqələrinin vaxtlı-vaxtında verilməsi də diqqətdə saxlanılmış, 1610 nəfər ümumvətəndaş pasportu, 5729 vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Nazir­liyin “Səyyar xidmət’’i tərəfindən vətəndaşlara göstərilən xidmət də davam etdirilmişdir. Şərur, Ordubad və Sədərək rayonlarında 1297 vətəndaşa şəxsiyyət, 126 vətəndaşa sürücülük vəsiqəsi, 19 nəfərə məhkumluq haqqında arayış verilmişdir. Bunlarla yanaşı, iyul ayında Bakı şəhərinə ezam olunmuş aidiyyəti xidmət əməkdaşları tərəfindən Azərbaycanın digər bölgələrində yaşayan 2487 muxtar respublika sakini biometrik şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Daxili İşlər Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR