21 Sentyabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində Vətən müharibəsi qazilərinə medallar təqdim olunub. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi Anar Aqilov şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıdan danışıb.


Naxçıvan Şəhər Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov isə bildirib ki, illərdən bəri dövlətimiz, xalqımız humanitar prinsiplərə söykənərək münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olub. Vurğulanıb ki, 44 gün davam edən müharibədə öz gücünü tamamilə itirərək ordumuzun qarşısında diz çökməyə məcbur olan qondarma Ermənistan hökuməti 10 noyabr 2020-ci ildə müharibəyə son qoyulması, işğalçı dövlətin torpaqlarımızdan tamamilə çıxarılması üçün bəyanat imzalamağa məcbur oldu.
Lakin qələbəmiz itkisiz olmadı. Axı, “Torpaq, uğrunda ölən varsa, Vətəndir”, – deyirik. Bu gün şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğı muxtar respublikamızda da yüksək səviyyədədir. Belə ki, şəhid ailələrinin mənzillərlə, qazilərimizin avtomobillərlə təmin edilməsi bu qayğının bariz nümunəsidir.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respubikası Təşkilatı Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov və Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov da çıxış ediblər. Sonda 3 qazimizə “Şücaətə görə”, 1 qazimizə isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal təqdim olunub.
Qazilərimizdən Əyyub Sadıqov onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

Telli MƏMMƏDOVA

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR