22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurası cari ilin ilk altı ayında da fəaliyyətini uğurla davam etdirib. Şura üzvləri ictimai təhlükəsizliyin təmin edilməsinə, cinayətlərin profilaktikası və açılmasına, əhali arasında hüquqi maarifləndirmə tədbirlərinə və digər işlərə cəlb edilərək bütün istiqamətlər üzrə daxili işlər orqanlarına lazımi köməkliklər göstəriblər.


İlk olaraq onu qeyd edək ki, təqaüddə olan sabiq polis əməkdaşları əhalidə qanunsuz saxlanılan 9 silahın və 1000-dən artıq müxtəlif çaplı patronun könüllü olaraq pоlis оrqanlarına təhvil verilməsində fəallıq göstərib, yоl hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməkdaşlara göstərilən köməklik sayəsində 5 nəfər sürücülük hüququ olmayan və 3 nəfər sərxoş sürücü aşkar edilib.
Muхtar respublikada aхtarış istiqamətində həyata keçirilən tədbirlərə köməklik çərçivəsində mülki hüquqi öhdəliklərdən yayınan 25 və Babək Rayon Polis Şöbəsi üzrə təqsirləndirilən şəxs kimi axtarışda olan 1 nəfərin yeri müəyyən olunub.
Müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılması istiqamətində həyata keçirilən hamilik işinin əhəmiyyəti, şəхsi heyət arasında mənəvi-psiхоlоji durumun daha da möhkəmləndirilməsi zərurəti nəzərə alınaraq veteranlarımızın təcrübəsindən bu sahədə, xüsusilə geniş istifadə edilməkdədir. Veteranlar dəfələrlə nazirliyin Orta İxtisas Polis Məktəbində olub, daxili işlər orqanlarında xidmətkeçmənin xüsusiyyətləri və əsasları haqqında söhbətlər aparıblar.
İnzibati hüquq pozuntularına qarşı həyata keçirilən tədbirlərdə yaxından iştirak edən veteranlar tərəfindən hesabat dövründə müxtəlifxarakterli 48 inzibati xəta faktı aşkar olunaraq müvafiq tədbirlər görülüb. Həm münaqişəli ailələr, həm də münaqişəli qonşularla bağlı həyata keçirilən profilaktik tədbirlər çərçivəsində problemlərin həllində polis veteranlarının ictimaiyyətdə olan nüfuzundan geniş istifadə edilib, həmin ailələrlə veteranların bir neçə dəfə görüşü keçirilib. Azyaşlıların əməyindən istifadə olunması hallarının aşkarlanması məqsədilə təşkil edilən reyd yoxlamalarında, ailə təsərrüfatlarının yaradılması və əhəmiyyəti mövzusunda aparılan maarifləndirmə tədbirlərində də polis veteranları fəallıq göstəriblər.
Muxtar respublikada həyata keçirilən yaşıllaşdırma tədbirlərinin mahiyyətinin əhali arasında izah olunması istiqamətində aparılan 50-dən çox maarifləndirici-profilaktik tədbirdə iştirak edən veteranlar tərəfindən yaz iməciliklərində 1452 , o cümlədən 2019-2021-ci illər ərzində 3420-dən artıq ağac əkilib. 2021-ci ilin payız mövsümündə də bu tədbir davam etdiriləcəkdir.
27 sentyabr 2020-ci il tarixdə erməni silahlı qüvvələrinin cəbhədə törətdikləri növbəti təxribata cavab olaraq torpaqlarımızın azad olunması məqsədilə şanlı Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-hücuma keçdiyi ilk gündən polis veteranları bu tarixi hadisəyə öz vətənpərvər münasibətini bildirmiş və bu gün də gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi sahəsində maarifləndirici təbliğatı davam etdirirlər.
Polis veteranları bundan sonra da muxtar respublikamızda əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında polis orqanlarına yaxından köməklik göstərəcəklər.

Yusif HƏSƏNOV
Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki

 

 

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR