22 Sentyabr 2021, Çərşənbə

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Qarnizon Qoşunlarında yeni tədris dövrü başlayıb.
2021-ci tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar birləşmə və hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, poliqonlar, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.


Mərasimlərdə ötən tədris dövründə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edilib, silahlanmaya yeni daxil olmuş silah və texnika, eləcə də qoşunlarla idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər haqqında şəxsi heyətə məlumat verilib. Əlahiddə Ümumqoşun Ordu komandanının tapşırıqlarını çatdırarkən yeni tədris dövründə əsas diqqətin qoşunların daim döyüşə hazır olmasının təmin edilməsinə, əməliyyat direktivinə uyğun olaraq döyüş tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsinə yönəldildiyi vurğulanıb.
Çıxışların ardından 2021-ci tədris ilinin birinci tədris dövründə döyüş və ictimai-siyasi hazırlıqda fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Birləşmə və hissələrdə təntənəli keçidlərdən sonra Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrünün ilk məşğələləri keçirilib, qoşunlar döyüş hazırlığı üzrə bölmələr tərkibində həyəcan siqnalı ilə məşq etdirilib.

Nəriman NƏCƏFOV

 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR