22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını xidmətin rəisi Namiq Paşayev açaraq bildirib ki, 2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikanın elektrik şəbəkələrinə 225 134 279 kilovat-saat elektrik enerjisi daxil olub, bunun 16 897 000 kilovat-saatı İran İslam Respublikasından alınıb, 30 117 501 kilovat-saatı Araz Su Elektrik Stansiyasında, 32 048 000 kilovat-saatı Biləv Su Elektrik Stansiyasında, 19 326 200 kilovat-saatı “Arpaçay-1” Su Elektrik Stansiyasında, 506 000 kilovat-saatı “Arpaçay-2” Su Elektrik Stansiyasında, 4 738 500 kilovat-saatı Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasında, 96 856 000 kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 23 866 718 kilovat-saatı Naxçıvan Günəş Elektrik Stansiyasında, 778 360 kilovat-saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında istehsal edilib, elektrik şəbəkələrinə ötürülüb. Bu dövrdə İran İslam Respublikasına 16 845 000 kilovat-saat elektrik enerjisi verilib.

2021-ci ilin yanvar-iyun aylarında elektrik stansiyalarında 208 237 279 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu enerjinin 86 736 201 kilovat-saatı və ya 41,7 faizi su elektrik stansiyalarında, 97 634 360 kilovat-saatı və ya 46,8 faizi istilik elektrik stansiyalarında, 23866718 kilovat-saatı və ya 11,5 faizi Günəş elektrik stansiyalarında istehsal edilib. Alternativ və bərpa olunan enerji mənbələrində 110 602 919 kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb ki, bu, stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 53,2 faizini təşkil edir. Bununla yanaşı, muxtar respublikada elektrik sayğaclarının quraşdırılması işləri də davam etdirilir, 1 iyul 2021-ci il tarixə quraşdırılan bütün növ elektrik sayğaclarının sayı 95 963 ədəd olub.
Qeyd olunub ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi, Naxçıvan Dövlət Texniki Kollecinin Elektrik təchizatı ixtisaslarının, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində, həmçinin Təhsil Nazirliyinin nəzdində Naxçıvan Şəhər Tədris Peşə Liseyində elektrik mütəxəssisi kurslarının tədris sahəsində təhsil alan tələbələrin Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin müvafiq struktur bölmələrinin istismar sahəsinə daxil olan elektrik stansiyaları və elektrik şəbəkələrində istehsalat təcrübəsi keçmələrinə lazımi şərait yaradılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.


Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR