22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda keçirilən iclası fondun icraçı direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev açaraq bildirib ki, fondun təşkilatçılığı ilə 2021-ci ilin birinci yarım ilində də gənclər arasında müxtəlif müsabiqələr, mədəni tədbirlər, intellektual oyunlar keçirilib, yay məktəbləri təşkil olunub. Belə ki, 2 fevral – Gənclər Günü münasibətilə bir sıra tədbirlərin keçirilməsi diqqətdə saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Gənclər Mərkəzində “Qənaətcil büdcəmiz” adlı interaktiv təlim keçirilib və təlimdə 40-dan çox gənc iştirak edib. Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı sosial könüllülərin iştirakı ilə “Görüş yeri” kafesində sağlamlıq imkanları məhdud gənclər üçün tədbir təşkil olunub. Tədbirdə 30 gəncə hədiyyələr təqdim edilib. Bundan başqa, Gənclər Fondu, Gənc­lər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi təşkil olunub. Tədbirdə müxtəlif nominasiyalar üzrə 48 gənc qiymətli hədiyyə və diplomlarla mükafatlandırılıb.
Çıxışda “Nizami Gəncəvi ili” ilə əlaqədar Gənclər Fondunun ölməz sənətkarın həyatı və yaradıcılığının, ideallarının muxtar respublika gənc­lərinə tanıdılması və təbliği məqsədilə “Nizami xəmsəsi” layihəsi çərçivəsində keçirdiyi tədbirlər haqqında da ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə könüllülərlə iş də diqqət mərkəzində saxlanılıb. Belə ki, Gənclər Fondu sosial, ekologiya könüllülərinin sıralarına yeni könüllülərin cəlb edilməsi istiqamətində işlər aparılıb, könüllülərlə bir sıra tədbirlər reallaşdırılıb, gənclərlə müxtəlif sahələrdə fəaliyyət daha da gücləndirilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR