22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti iyul ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul etmişdir. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 6 iyul tarixli Qərarı ilə “Naxçıvan Musiqi Kollecinə müəllimlərin işə qəbulu Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaya əsasən müəllimlərin işə qəbulu müsabiqəsində ali təhsil müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) və ya ali təhsil müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, yaxud xarici ölkədə aldığı ali təhsil sənədinin kvalifikasiyası qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Test imtahanında hər bir namizədə ümumilikdə 80 olmaqla, ixtisas üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilir və namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilir.

Bundan əlavə, Nazirlər Kabinetinin 2021-ci il 8 iyul tarixli Qərarı ilə “STEAM Təlim-Tədris Mərkəzinin Nizamnaməsi” təsdiq edilmişdir. Nizamnaməyə əsasən Mərkəzdə təlim-tədris prosesi elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatdan ibarət 5 fənn arasında keçidi təmin edən STEAM təhsili proqramları əsasında həyata keçirilir. STEAM təhsilinin əhatə etdiyi elm sahələri üzrə istedadı ilə fərqlənən uşaq, şagird və tələbələr Nazirliyin müəyyən etdiyi qaydada Mərkəzə cəlb olunur.
Nazirlər Kabinetinin 2021-ci il 9 iyul tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında könüllü tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydaları”təsdiq edilmişdir. Müvafiq Qaydaya uyğun olaraq könüllü tibbi sığorta şəhadətnaməsi sığortaçı tərəfindən hər bir sığortaolunana könüllü tibbi sığorta müqaviləsi ilə müəyyən edilmiş qaydada verilir.Könüllü tibbi sığorta şəhadətnaməsi vahid formada təsdiq edilir və Naxçıvan Muxtar Respublikasının ərazisində qüvvədədir. Sığortaolunanlar tibbi yardım üçün tibb müəssisələrinə müraciət etdikdə könüllü tibbi sığorta şəhadətnaməsi ilə birlikdə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
Həmçinin Nazirlər Kabinetinin 2021-ci il 12 iyul tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən göstərilən ödənişli tibbi xidmət növlərinin qiymət cədvəli” təsdiq edilmişdir.
Eyni zamanda Nazirlər Kabinetinin 2021-ci il 14 iyul tarixli Qərarı ilə “Koronovirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 21 avqust tarixli 145 nömrəli Qərarında dəyişiklik edilmişdir. Müvafiq dəyişikliyə görə koronovirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin ödənilmə müddəti 2021-ci il avqust ayının 1-dək uzadılmışdır.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR