18 Sentyabr 2021, Şənbə

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus Airbus A319 təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

 AZAL-dan məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcəkdir.

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR