15 Aprel 2021, Cümə axşamı

Azəbaycan ilə Çin arasında ənənəvi yüksək səviyyəli əlaqələr mövcuddur.

Bunu Çinin Azərbaycandakı səfiri Qo Min koronavirusa qarşı növbəti partiya vaksinin Çindən Azərbaycana gətirilməsi mərasimində deyib.

Səfir bildirib ki, koronavirusa qarşı mübarizədə Çin və Azərbaycan bir-birinə lazımi dəstək göstərir, təcrübə mübadiləsi aparır: “Bir neçə gündən sonra digər vaksin partiyaları da Azərbaycana çatdırılacaq. Biz inanrıq ki, Azərbaycan Çin vaksinlərinin köməyi ilə koronavirusa qalib gələcək”.

Səfir Çindən Azərbaycana vaksinlərin vaxtında çatdırılacağını deyib: “Bu gün Çindən vaksin sifariş edən ölkələr çoxdur, lakin məhz Azərbaycana vaksinlərin vaxtında çatdırılması üçün Çin yaşıl dəhliz yaradıb”.

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR