15 Aprel 2021, Cümə axşamı

Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirildi.

Zirvə Görüşünə Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentləri ilə bərabər Macarıstanın Baş naziri də qatıldı.

Bu görüş Türkdilli Dövlətlərin son illər ərzində birliyini göstərən ən yüksək rəsmi görüşlərdən biridir.

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, türkdilli ölkələrin əməkdaşlığının son illərdə daha da güclənməsinin şahidi oluruq: “Son illərdə türkdilli dövlətlərin müxtəlif siyasi platformalarda bir-birilərini dəstəkləmək, milli və türkdilli dövlətlərin maraqlarının qorunması kimi niyyətləri ortadadır. Türkdilli ölkələr çoğrafi baxımdan bir-birinə yaxın ərazilərdə yerləşdirkləri üçün onlar arasında kommunikasiya xəttlərinin qurulması da asan olub və əlbəttə burada çox əlverişli loqistik mərkəzlərin yaradılmasına nail olunub və burada Azərbaycanın xüsusi rolunu qeyd etmək lazımdır. Azərbaycan bir növ bu ölkələrin mərkəzində yerləşməklə və eyni zamanda çox əlverişli kommunikasiya sistemi qurmaqla bu infrastruktur layihələrində aparıcı bir rola malikdir.

Eyni zamanda söyləmək istəyirəm ki, Azərbaycanın 44 günlük Vətən mühariəsində qazandığı böyük zəfər və 2020-ci il noyabr ayının 10-da imzalanmış razılaşmaya əsasən kommunikasiya xəttlərinin açılması da həyata keçiriləcək. Burada xüsusi olaraq bir tarixi məqamə qeyd etmək lazımdır ki, bir zamanlar türkdilli ölkələri sanki parçalayan, bölən Zəngəzur ərazisi bu gün türkdilli ölkələr də eyni zamanda birləşdirən bir xəttə çevriləcək. Yəni Azərbaycanın zəfəri, 2020-ci ildə qazandığı o böyük qələbə əslində türkdilli ölkələrində tarixində böyük bir şərəf səhifəsi kimi yazılmaqdadır”.

Milli Məclisin deputatı Azər Badamov isə bildirib ki, Azərbaycan hansı beynəlxalq təşkilata sədrilik edirsə, o təşkilatın fəaliyyətində aktivlik müşahidə olunur:

“Sədrlik edən Prezident İlham Əliyev öz liderliyini beynəlxalq təşkilatlarda da nümayiş etdirir və bu təşkilatlarda iştirak edən ölkələrin əməkdaşlığının möhkəmləndirilməsinə və qlobal çağırışlara uyğun problemlərin həllinə töhfə verir. Azərbaycan hal-hazırda TDƏŞ-na və Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmizin bu təşkilatlara sədrlik etdiyi dönəmdə Qlobal Pandemiya ilə əlaqəar dünya ölkələri arasında canlı təmaslara məhdudiyyətlər tətbiq olunmuşdur. Amma Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya praktikasında ilk dəfə olaraq Zirvə görüşləri videoformata keçirildi. Ölkəmiz sübut etdi ki, istək olanda misiyanın həyata keçirilməsinə heç nə mane ola bilməz.

Eyni zamanda Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı qələbəsi nəticəsində açılması nəzərdə tutulan Zəngəzur dəhlizi türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişafına səbəb olacaq”.

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR