15 Aprel 2021, Cümə axşamı

Azərbaycanla İran arasında Xudafərin gömrük postunun açılması barədə fikirlər var.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, İran İslam Respublikası ilə Azərbaycan arasında yeni gömrük postunun açılması ehtimalı var: “Yeni keçid məntəqəsinin Xudafərin körpüsü yaxınlığında olması ilə bağlı artıq qarşı tərəfdən təkliflər də edilib. Biz belə düşünürük ki, həmin ərazi azad olunmuş yerlərə ən yaxın qapı ola bilər. Danışıqlar gedir, iki ölkənin gömrük qurumları və digər qurumlar arasında danışıqlar gedir. Nə vaxt açılacağı ilə bağlı konkret tarix demək olmaz, ancaq iş gedir”.

 

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR