15 Aprel 2021, Cümə axşamı

Rusiyanın bir neçə aviaşirkəti Azərbaycana müntəzəm aviareyslərin keçirilməsi üçün icazələr alıb.

Bu barədə Rusiyanın Federal Hava Nəqliyyat Agentliyinə istinadən məlumat veririk.

Belə ki, verilən icazələrə əsasən "Red Wings" şirkəti həftədə iki dəfə Moskvanın Jukovski hava limanından Bakıya, "Azimut" şirkəti həftədə üç dəfə Mineralnıye Vodı-Bakı və Mahaçqala-Bakı marşrutu ilə reyslər keçirmək üçün icazə alıb.

"Uralskie avialinii" şirkəti həftədə üç dəfə Rostov-Bakı, Novosibirsk-Bakı, Perm-Bakı, Krasnoyarsk-Bakı, Kalininqrad-Bakı, Nijni Novqorod-Bakı, Həştərxan-Bakı və Ufa-Bakı marşrutu üzrə uçuşlar keçirəcək.

Bundan başqa, "Severnıy veter" aviaşirkəti həftədə iki dəfə Mineralnıye Vodı-Bakı və Mahaçqala-Bakı marşrutu ilə reyslər keçirə biləcək.

Eyni zamanda "Azur Eyr" aviaşirkətinin Ufa-Bakı, Rostov-Bakı və Samara-Bakı marşrutları üzrə uçuş icazələri geri çağırılıb.

 

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR