27 Fevral 2021, Şənbə

Türkiyənin mərkəzi hissəsinə, o cümlədən paytaxt Ankaraya güclü qar yağıb. “RİA Novosti”yə istinadən xəbər verir ki, paytaxtda nəqliyyatın hərəkətində çətinliklər yaranıb, yolların buz bağlaması səbəbi ilə yol qəzalarının sayı artıb.

Xatırladaq ki, dünən də İstanbula güclü qar yağıb, çərşənbə gününə qədər təhsil müəssisələrində dərslər ləğv edilib və Bosfor boğazı boyunca gəmi hərəkəti dayandırılıb. Hazırda şəhərə yağan qar azalıb, ancaq avtomobillərin hərəkətində çətinlik davam edir. Yolların qardan təmizlənməsi işi aparılır. Hava limanları normal qaydada işləyir.

Sinoptiklər İstanbulda və Türkiyənin mərkəzində qar yağışının beş günə qədər davam edə biləcəyini proqnozlaşdırır.

 

 

 

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR