Ermənistanda itkin düşən hərbçilərin yaxınları İrəvanın Respublika meydanı yanındakı əsas prospekti bağlayıblar.   Erməni KİV-lərinə istinadla xəbər veririk ki, baş nazir aparatının rəhbəri Arsen Torosyanın açıqlaması etirazçıları daha da qəzəbləndirib.

Torosyan valideynlərə deyib ki, onlar 5 əsirin geri qaytarılmasına görə hökumətə minnətdar olmalıdırlar. Bundan sonra aksiya iştirakçıları əsas prospekti bağlayıblar, nəticədə gərginlik yaranıb.

Paytaxtın mərkəzi hissəsində nəqliyyat tamamilə iflic vəziyyətə düşüb.