Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi keçirilib.

Bu barədə Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov bildirib.

Sülhməramlılarının komandanı deyib: "Bu gün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının reallaşdrılması məqsədi ilə növbəti əsir mübadiləsi həyata keçirilib".

Rusiyanın Kosmik Hava Qüvvələrinin təyyarəsi ilə bir əsir Ermənistandan Bakıya, beş əsir Azərbaycandan İrəvana çatdırılıb.