26 Fevral 2021, Cümə

Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu - Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə ediliblər.

Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.

 

 

 

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR