26 Fevral 2021, Cümə

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ölkənin milli kosmik proqramı təqdim ediləcək.

"Anadolu" agentliyinə istinadən xəbər veririk ki, mərasimin açılışı Ankarada, Türkiyə Prezidenti Administrasiyasında, yerli vaxtla saat 19:00-da nəzərdə tutulub.

Tədbirdə ölkənin kosmik sferada hədəflərinin elan olunması planlaşdırılır. Eyni zamanda Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin həyata keçirəcəyi layihələr də açıqlanacaq.

Mərasimdə dövlət başçısı ilə yanaşı, Sənaye və Texnologiyalar naziri Mustafa Varank da iştirak edəcək.

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR