03 Mart 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində keçirilən kollegiya iclasında çıxış edən nazir, general-leytenant Şamı Abdullayev bildirib ki, muxtar respublikada fövqəladə hallara hazırlıq sahəsində qarşıya qoyulmuş vəzifələr 2020-ci ildə uğurla yerinə yetirilib. Nazirliyin Mülki Müdafiə Alayında və Dövlət Yаnğın Təhlükəsizliyi İdаrəsinin 6 şöbəsində taktiki-xüsusi təlim keçirilib. 2020-ci tədris ilinin “Uzlaşma planı”na uyğun olaraq Mülki Müdаfiə Alаyının və Хüsusi Riskli Хilаsеtmə Хidmətinin xilasediciləri “Qar uçqunlarında xilasetmə işlərinin aparılması” təlimində, avqust-sentyabr ayları ərzində Əlahiddə Ümumqoşun Ordunun Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirilən “Sarsılmaz qardaşlıq – 2020” taktiki təlimində iştirak edərək təcrübə qazanmışdır.

Nazir qeyd edib ki, struktur qurumlаrın ixtisaslı kadrlarla kоmplеktləşdirilməsi ötən ildə də davam etdirilərək 36 nəfər xidmətə qəbul olunub, Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nаzirliyi ümumi şəхsi hеyətlə 68,70 faiz komplektləşdirilmişdir. Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə 3 nəfər əməkdaş dövlət mükafatı ilə 15 nəfər əməkdaş “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir.
Vurğulanıb ki, hesabat ilində nazirliyin maddi-texniki bazası gücləndirilərək 9 ədəd xüsusi təyinatlı və avtonəqliyyat vasitəsi, 63 adda müxtəlif təyinatlı avadanlıq və tibbi çadır alınıb gətirilmiş, 2 ədəd “Isuzu” markalı səyyar işıqlandırma avtomobili, su hövzələrində xilasetmə işlərinin səmərəliliyinin artırılması məqsədilə “Yamaha” markalı skuter Mülki Müdafiə Alayına təhvil verilmişdir. Yanğınsöndürən və xilasedicilər üçün 46 dəst xüsusi geyim forması və müxtəlif diametrli 800 metr yanğın şlanqı alınmışdır. Culfa rаyоn şöbəsinin yеni inzibаti binаsı və tеxniki qаrаjlаrında əsaslı yenidənqurma işləri aparılaraq şəxsi hеyətin istifаdəsinə vеrilmişdir. Ərzaq anbarı və mətbəx yenidən təmir olunaraq ən müasir mətbəx avadanlıqları və havalandırma sistemi ilə təchiz olunmuş, əsgər yataqxanası və yeməkxanasında istilik sistemi yenidən qurulmuş, məişət otağı müasir tələblər səviyyəsinə gətirilmişdir. Səfərbərlik ehtiyatı və əşya anbarının beton döşəməsi yenilənmiş və müasir metal konstruksiyalı rəflər yığılmışdır.
2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar 776 ədəd qazanxananın texniki və yanğın təhlükəsizliyi vəziyyəti yoxlanılıb, 371 nəfər mövsümi işçi ocaqçı-maşinist kurslarına cəlb olunub. 912 obyektin yanğından icbari sığortalanması təmin edilib.
Məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasını nazir Nicat Babayev açıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci ilin 14 dekabr tarixli Fərmanı ilə muxtar respublikada “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” yaradılıb, fondun vəsaitinin sərəncamçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilib. Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, həmçinin hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını qismən itirən 8 nəfər və 2 şəhid ailəsi fərdi ev və mənzillərlə, müvafiq kateqoriyalı 25 nəfər minik avtomobilləri ilə təmin olunub.
Diqqətə çatdırılıb ki, muxtar respublikada əmək bazarı təhlil edilib, həyata keçirilmiş məşğulluq tədbirləri nəticəsində 489 nəfəri əmək yarmarkalarında olmaqla, ümumilikdə, 2950 nəfərin iqtisadiyyatın müxtəlif sahələrində işlə təminatı diqqətdə saxlanılıb. Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə 291 ailənin 1289 ailə üzvünün özünüməşğulluğu, məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olan 9116 nəfərə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi təmin edilib.
Vurğulanıb ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar da hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən xidmətlərə cəlb ediliblər. Hazırda 8 nəfəri danışma və eşitmə qabiliyyəti məhdud olmaqla, 20 sağlamlıq imkanları məhdud uşaq distant tədris vasitəsilə, 1063 sağlamlıq imkanları məhdud uşaq isə ümumtəhsil məktəblərinin müvafiq siniflərində təhsilini davam etdirir.
2020-ci ildə sağlamlıq imkanları məhdud şəxslərin Naxçıvan Uşaq Bərpa və Əlillərin Bərpa mərkəzlərində müalicəsi, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində və mərkəzin Şərur, Ordubad rayon filiallarında bu kateqoriyadan olan uşaqlarla reabilitasiya tədbirləri davam etdirilib.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib. Kollegiyanı nazir Mayis Əliyev açaraq bildirib ki, nazirlik öz fəaliyyətini cari ilin əvvəlində hazırlanmış fəaliyyət planına uyğun olaraq davam etdirib. Bu dövrdə muxtar respublikamızda meyvəçiliyin inkişafına stimul vermiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələr uğurla icra olunub. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması ilə bağlı Sərəncam çərçivəsində, o cümlədən nazirliyin əsasnaməsinə uyğun olan sahələr üzrə tədbirlər və görülmüş işlər haqqında hesabatlar hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim olunub. Nazir diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında “İxrac İli” elan edilmiş 2020-ci ildə təbii iqlim və relyef xüsusiyyətləri nəzərə alınaraq aqrar-sənaye potensialından səmərəli istifadə, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması zamanı ekoloji tarazlığın qorunması, təsir hallarının minimuma endirilməsi, yaşıllıqların artırılması diqqətdə saxlanılıb.
Qeyd edilib ki, mövcud meşələrdə və digər təbiət ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə, xüsusilə isti yay aylarında qabaqlayıcı tədbirlər həyata keçirilib, mühafizə işçiləri ilə maarifləndirici söhbətlər aparılıb. Dövlət Meşə Fondu ərazilərində, yaşıllıq zolaqlarında qurumuş ağaclar müəyyənləşdirilərək sanitar qırıntı işləri aparılıb və çıxan 1256 kubmetr oduncaq hərbi hissələrə verilib. Batabat yaylağı, Biçənək meşəsi və ətraf ərazilər olmaqla, ziyanvericilərlə sirayətlənmiş digər ərazilərdə də dərmanlama işləri aparılıb.
Məruzə ətrafında çıxışlar olub.

*   *   *

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı müəssisənin direktoru Behruz Əzimov açaraq məruzə ilə çıxış edib.
Qeyd olunub ki, muxtar respublika əhalisinin, təşkilat və müəssisələrin neft və maye qaz məhsullarına olan tələbatını ödəmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən 2020-ci ildə 30 min 557,9 ton A-92 benzini, 36 min 334,7 ton dizel yanacağı, 16 min 906 ton bitum, 7 min 629,7 ton mazut, 204,8 ton müxtəlif növ yağlar alınıb. Alınan yanacaq muxtar respublikaya Bakı-İran İslam Respublikasını keçməklə və Bakı-Gürcüstan-Türkiyə marşrutları ilə daşınıb. Belə ki, ötən il Gürcüstan-Türkiyə yolu ilə 8 min 641,1 ton dizel yanacağı və 1965,5 ton A-92 benzini olmaqla, ümumilikdə, 10 min 606,6 ton neft məhsulları gətirilib. İran İslam Respublikasından keçməklə 28 min 114,3 ton dizel yanacağı, 28 min 544,2 ton A-92 benzini, 16 min 905,9 ton bitum, 7 min 629,7 ton mazut, 204,8 ton müxtəlif növ yağlar olmaqla, ümumilikdə, 81 min 398,9 ton neft məhsulları daşınıb.
Bildirilib ki, müəssisə 2020-ci ildə ümumi dövriyyəsi 70 milyon 25 min manat olan 97 min 573 ton müxtəlif növ neft məhsulları satıb, ki bu da 32 min 604 ton avtobenzin, 42 min 594,9 ton dizel yanacağı, 16 min 906 ton bitum, 5263,2 ton mazut, 204,8 ton müxtəlif yağlardan ibarətdir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan təhsil, səhiyyə, mədəniyyət, turizm müəssisələrinə 2020-2021-ci illərin payız-qış mövsümü üçün tələb olunan 51 min 360 litr dizel yanacağının yerlərdə təhvil verilməsi üçün əlavə ehtiyat yaradılıb. Qeyd olunub ki, ötən il də nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olmasına daim nəzarət edilib və yanacaq ehtiyatı yaradılması diqqətdə saxlanılıb.
Müəssisənin rəhbəri 2021-ci ildə qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, növbəti ildə də muxtar respublikada neft və maye qaz məhsullarına olan tələbatı ödəmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Neft Bazası ilə müqavilə bağlanılıb.
Sonra çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR