15 Yanvar 2021, Cümə

Ermənilərin bu gün Hadrut, Cəbrayıl rayonlarında və digər ərazilərdə apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində məhv edilmiş daha 10 hərbçisinin meyiti tapılıb.

Məlumata görə, bununla da Qarabağda aparılan axtarış işləri zamanı meyitləri aşkarlanan erməni hərbçilərinin sayı 1 222 nəfərə çatıb.

Qeyd edək ki, itkin düşmüş erməni hərbçilərinin axtarışlarına hərbçilərlə yanaşı, əsgərlərin yaxınları, digər mülki şəxslər də cəlb edilib. Ermənistan rəhbərliyi ikinci Qarabağ müharibəsindəki itkilərinin sayını bu günə kimi açıqlamayıb. Lakin Səhiyyə Nazirliyi ekspertizadan keçirilən meyitlərin sayının 3 300-ü ötdüyünü açıqlayıb.

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR