15 Yanvar 2021, Cümə

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası 2020-ci ilin dekabr ayında da muxtar respublikada fəaliyyət göstərən teleradioların fəaliyyətini izləmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin tele­radiolarda icrasını diqqətdə saxlamışdır. Qeyd edək ki, teleradioların əməkdaşları dekabr ayında baş verən yeniliklərə operativ yanaşmış, fəaliyyətlərini günün tələblərinə uyğun qurmuşlar. Şura dekabr ayında muxtar respublikada fəaliyyət göstərən teleradiolarda texniki və yaradıcılıq baxımından keyfiyyətin yüksəldilməsinə xüsusi diqqət göstərməklə yanaşı, həm də teleradioların monitorinqini aparmışdır.
Muxtar respublikada teleradioların inkişafına göstərilən diqqət və qayğı peşəkarlıq fəaliyyətinin yüksəldilməsi ilə nəticələnmişdir. Dekabr ayında Naxçıvan Dövlət Televiziyasının öz teleməhsulları efirin 72 faizini əhatə etmiş, digər telekanalların istehsalı olan materialların yayımı minimum həddə endirilmişdir. Dekabr ayında verilişlərin növbəti 107 sayı efirə təqdim olunmuşdur.

Əvvəlki aylarda olduğu kimi, dekabr ayında da vətənpərvərlik mövzusu diqqət mərkəzində olmuşdur. Televiziya əməkdaşları tərəfindən hazırlanan verilişlərin əksəriyyətində Vətən müharibəsində iştirak etmiş qazilərimiz qonaq olmuş, onların maraqlı söhbətləri əsasında telemateriallar hazırlanmışdır. Vətənpərvərlik mövzusu ilə yanaşı, televiziyada digər mövzulara da müraciət edilmiş, iqtisadi, ictimai-siyasi, hüquqi, muxtar respublikada aparılan tikinti-quruculuq işləri, təhsil, səhiyyə sahələri geniş işıqlandırılmışdır.
Şura tapşırıqlara uyğun olaraq Naxçıvan Dövlət Radiosunun efirini mütəmadi olaraq izləmiş, radioda fəaliyyət göstərən ədəbi-bədii və ictimai-siyasi redaksiyaların fəaliyyətini müqayisəli şəkildə təhlil etmişdir. 2020-ci ilin dekabr ayında radio, ümumilikdə, 596 saat efirdə olmuşdur. Ümumi efirin 51 faizini radionun öz istehsalı olan veriliş, proqram və ədəbi-bədii kompozisiyalar, 49 faizini isə konsert və digər hazır radiomateriallar təşkil etmişdir.
Naxçıvan Dövlət Radiosunun dekabr ayında da əsas mövzusu vətənpərvərlik olmuşdur. Belə ki, ay ərzində efirə təqdim edilən “Sizdən soruşuruq”, “Sizli bizli” verilişlərində Vətən müharibəsinin iştirakçıları qonaq olmuş, bəzisi ilə telefon bağlantısı yaradılmış və onlar müharibə xatirələrini danışmışlar.
Şura dekabr ayında “Kanal 35” tele­viziyasının fəaliyyətini də yaxından izləmiş, proqram siyasəti diqqətdə saxlanılmışdır. “Kanal 35” televiziyasında maarifləndirici və məlumatlandırıcı videomaterialların yayımı istiqamətində dekabr ayında 384 videomaterial efirə təqdim edilmişdir ki, bu da efirin 72,3 faizini təşkil etmişdir.
Şura əməkdaşları dekabr ayında “Naxçıvanın səsi” radiosunun efirini müntəzəm olaraq izləmiş və monitorinqini aparmışdır. Bəhs edilən dövrdə radio 248 saat efirdə olmuşdur. Efir müddətində 83 saat canlı yayım pro­qramları və verilişlər hazırlanaraq dinləyicilərə təqdim edilmişdir.
Xalqımızın əzəmətli qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin şəhid və qaziləri unudulmamış, efirdə “Tarix yazan qəhrəmanlar” adlı radioveriliş yayımlanmağa başlamış, şəhid ailələri və qazilərdən müsahibələr təqdim olunmuşdur.
Efirə təqdim edilən hər bir materialın keyfiyyətinə, vətənpərvərlik mövzularının çoxluq təşkil etməsinə xüsusi əhəmiyyət verilmişdir.
Tədbirlər planına uyğun olaraq şura sosial şəbəkələrdə Naxçıvanla bağlı yayılan məlumatların təhlilini də aparmış, bəhs edilən dövrdə sosial şəbəkələrdə Naxçıvanla bağlı 300-dək foto və video, həmçinin xəbər paylaşmışdır.
Hesabat dövründə şura tərəfindən Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əldə edilən nailiyyətlər, burada aparılan infrastruktur quruculuğu ilə bağlı mərkəzi mətbuat orqanları üçün 55-i mətbuat xidmətlərinin materialları olmaqla, 96 xəbər, 4 müsahibə və “Heydər Əliyev siyasəti ölkəmizi və onun Naxçıvan Muxtar Respublikasını möhtəşəm zəfərlərə, yeni-yeni uğurlara aparır” sərlövhəli analitik material hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR