26 Yanvar 2021, Çərşənbə axşamı

Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) martın 28-dək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.

AZAL-ın mətbuat xidmətindən bildirilib ki, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə “ Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ” elektron poçt ünvanı və yaxud qurumun saytındakı əks əlaqə forması vasitəsilə müraciət edə bilərsiniz: “https://help.azal.az/hc/az/requests/new”

Qeyd edək ki, AZAL hər il fevralda Bakı-Pekin-Bakı marşrutu üzrə reysləri müvəqqəti dayandırır. Bu, Çində bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur. Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevraldan Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR