27 Yanvar 2021, Çərşənbə

Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə keçirilən toplantılar davam edir.
Yeni tədris ilinə hazırlıq planına uyğun olaraq bölük, batareya komandirləri və müavinləri ilə keçirilən toplantıda zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılıb.

Nümayiş məşğələlərinə daha çox yer verildiyi toplantıda taktiki-sıra və sıra ­hazırlığı məşğələlərinin təşkili, hazırlanması və keçirilməsi metodikası göstərilib.
Əlahiddə Ümumqoşun Ordunun ­Təlim-Tədris Mərkəzində keçirilən dərslər zamanı hüquq hazırlığından “Bölmələrdə cinayət hadisələrinin baş vermədən qarşısının alınması”, mənəvi-psixoloji hazırlıqdan “Hərbi kollektivi idarəetmə psixologiyası” mövzularında mühazirələr oxunub.
Hazırda digər ixtisaslı hərbi qulluqçuların cəlb olunduğu toplantılar davam edir.

Nəriman Nəcəfov

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR