15 Yanvar 2021, Cümə

Növbəti tədris ilinə hazırlıq planına uyğun olaraq Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilir.

Ötən müddət ərzində keçirilən toplantılarda taqım komandirləri və müavinləri, manqa komandirləri, müxtəlifixtisaslı gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçular iştirak ediblər. Toplantılarda kiçik komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, pedaqoji hazırlıqlarının yüksəldilməsi istiqamətində nümayiş və göstərici məşğələlər keçirilib, “Hərbi qulluqçu və hərbi kollektivin psixologiyası” mövzusunda mühazirələr oxunub.
Hazırda digər ixtisaslı hərbi qulluqçuların cəlb edildiyi komandir hazırlığı və təlim-metodik toplantılar davam edir.

Nəriman Nəcəfov

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR