15 Yanvar 2021, Cümə

Filippinin bir əsrdən çox nəşr olunan məşhur “The Manila Times” qəzetinin 20 yanvar tarixli buraxılışında xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar geniş məqalə dərc olunub.

Məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı divan tutulması və yüzlərlə insanın amansızcasına qətlə yetirilməsi haqqında məlumat öz əksini tapıb.

Bununla yanaşı, 1980-ci illərin sonunda Ermənistan rəhbərliyinin apardığı siyasətin nəticəsi olaraq yüz minlərlə azərbaycanlının Ermənistandakı ata-baba torpaqlarından çıxarılmasından və Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat yönümlü hərəkətlərdən bəhs edilib. Həmin dövrdəki mövcud siyasi vəziyyətə haqlı etirazlarını bildirən xalqımıza qarşı sovet ordusunun yeridilməsi və əliyalın xalqa divan tutulması qeyd edilib.

Sonda ulu öndər Heydər Əliyev tərəfindən bu tarixin Ümumxalq Hüzn Günü elan edilməsi və 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqilliyə gedən yolda iradəsinin təcəssümü olduğu vurğulanıb.

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR