23 Yanvar 2021, Şənbə

20 Yanvar şərəfli tariximizin qan yaddaşına yazılıb. Bu faciə Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar, bugünkü müstəqil Azərbaycan dövlətinin tarixinə həmin faciəni şərəf və qəhrəmanlıq səhifəsi kimi yazdılar.
O gün Azərbaycanın Vətən yolunda öz canlarından keçən, şəhidlik kimi uca bir zirvəni fəth edən, ölümsüzlüyə yüksələn oğul və qızlarının məzarları bu gün müqəddəs ziyarət yerlərinə çevrilib.

30 ildir ki, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq məzar­ları ziyarət edilir, onların keçdikləri şərəfli ömür yolunun yeniyetmə və gənc­lərimizə örnək olmasını bir daha xatırlatmaq üçün məqsədyönlü tədbirlər həyata ­keçirilir.
Hər il olduğu kimi, bu il də yanvarın 20-də saat 1200-da Azərbaycanın bütün ərazilərində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da doğma yurdunun, xalqının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nəqliyyatın, xətdə olan sərnişin qatarlarının və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR